Slavakia

Slovaklar 4-cü əsrdən etibarən Kiçik Karpatlara və Pannonia Düzənliyinə yerləşirlər. Doqquzuncu əsrdə slovaklar, Büyük Moraviya hakimiyyətinə girdilər. Bu sırada xristianlığı qəbul etdilər. Böyük Moraviya Krallığının yıxılmasının ardından slovak torpaqları Macar Krallığının hakimiyyətinə girdi. 1526-cı ildə Macar taxtını ələ keçərən Habsburqlar, Slovak torpaqlarına 1918 ilinə qədər hakim oldular. Bu vaxt Mohaç Zəfərinin ardından Slovak torpaqlarına Osmanlı türkləri müxtəlif zamanlarda axınlar təşkil etdi.

XVIII əsrin sonlarında inkişafa başlayan Slovak milliyyətçiliyi, 1848-49-cu illərdə Macar inqilabından sonra, Macar olmayan xalqların tərəfini tutan Habsburq Krallığından kömək gördüsə də 1867-ci ildə Avstriya-Macarıstan andlaşmasından sonra Macar hökuməti Slovakyanı yenidən hakimiyyəti altına aldı. Bu dövrdə Macar hökumətinin izlədiyi macarlaşdırma siyasəti üzündən bir çox Slovak başda ABŞ olmaq üzrə xarici ölkələrə köç etdi. Birinci Dünya Müharibəsindən sonra Macarıstandan ayrılan Slovaklar, Çexlərlə birlikdə 1918-ci ildə yeni Çexoslovakiya dövlətini qurdular. Lakin çexlərin tətbiq etdiyi qatı mərkəziyyətçi rejim üzündən slovaklar arasında muxtariyyət istəyi sürətlə yayıldı. Almaniyaya, Çexoslovakiyanın Sudet bölgəsinə hakim olma səlahiyyətini verən Münhen Andlaşmasının qüvvəyə girməsindən qısa bir müddət əvvəl slovaklar, Slovakiyanı Çekoslovakya içində muxtar ərazi kimi elan etdilər (1938).

Bratislava

İkinci Dünya Müharibəsinin əsnasında Alman ordularının Çexoslovakiyanın paytaxtı Praqanı işğal etmələri üzərinə Slovak Milli Məclisinin aldığı qərarla Slovakiya kağız üzərində də olsa müstəqil hala gəldi. Rus və Çexoslovak ordularının ölkə torpaqlarını Alman işğalından qurtarmaq üçün hərəkətə keçdiyi sırada slovaklar iki xalqın tam bərabər olacağı yenidən qurulacaq olan Çexoslovakiya dövlətinə qatılma mövzusunda Çexlərlə razılaşdılar. Kommunistlərin iqtidara gəldiyi Fevral 1948-ci ildən sonra ölkədə Çexlərin yoxlamasında, qatı bir mərkəziyyətçilik təkrar tətbiq olunmağa başlandı. 11 İyul 1960-cı ildə qüvvəyə girən konstitusiyayla Slovaklar Çexlərlə eyni haqlara sahib oldular. 1969-cu ilin başında Çexoslovakiya Sosialist Respublikasının qanunuma orqanı olan Federal Məclisdə Çex Sosialist Respublikasıyla bərabər şəkildə təmsil edilən Slovak Sosialist Respublikası quruldu.

1989-cu ildə bütün Şərq Bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çoxpartiyalı sistemə keçildi və 1990-cı ildə ilk sərbəst seçki edildi. Seçkini qazanan milliyyətçilər iqtidar oldu. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya Respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması ön plana çıxdı. Edilən görüşmələr nəticəsində 25 Noyabr 1992 günü edilən razılaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı. Buna baxmayaraq hər iki ölkə yaxın dost və müttəfiq olaraq əməkdaşlıq etməyə davam etdilər. Slovakiya 2004-cü ildən Avropa Birliyi və NATOnun üzvüdür.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour