Bölgə Haqqında

Bakı ilə arasında məsafə
439 km

Əhalisi

162,8 min nəfər

Necə getməli

Avtonəqliyyatla: Bakı-Tovuz avtobusları – 9 saat; Dəmir yolu ilə: Gəncə-Ağstafa, Bakı-Qazax, Bakı-Ağstafa, Bakı-Tbilisi – 10 saat

Tovuz rayonu Azərbaycanın qərbində yerləşir, Gürcüstan və Ermənistanla həmsərhəddir.

Qədim türk yazı qaynaqlarına görə, şəhərin adı iki qohum türk tayfalarının – oğuz və toğuz tayfalarının birləşməsindən əmələ gəlmişdir. Bu, məhz burada baş vermişdir və ona görə də toponim kimi qalmışdır. Tovuzun zəngin tarixi və çoxlu görməli yerləri var.

Tovuz rayonunun ərazisində Yanıqlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, X əsrdə Tovuz çayı üzərində ucaldılmış körpü, karvansaranın qalıqları qalmışdır. XIX əsrdə Tovuz şəhərində tikilmiş yaşayış binaları, kəhriz (yeraltı suvarma kanalı) və su qülləsi, Əlibəyli kəndində VII əsrin Koroğlu qalası, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qala qalıqları, və XVII əsrdə inşa edilmiş Şah Abbas məscidi məhz burada yerləşir. Bundan əlavə, arxeoloqlar tərəfindən rayon ərazisində dəmir dövrlərində ibtidai insanın yaşadığını sübut edən əşyalar tapılmışdır.

Rayon ərazisində Kür, Axınca, Tovuz, Zəyəm və digər çaylar axır. Dağ yamaclarında bulaqlar, zəngin flora və faunası olan çoxlu sayda meşələr var. Burada canavar, tülkü, dovşan, turac, kəklik və digərləri yaşayır. Burada əsasən dovşan və su quşlarını ovlamaq olar.

Tovuz rayonunda ən böyük turizm obyekti Ayan Palace otelidir. Otelin tam təchiz edilmiş ərazisində böyük restoran, banket zalı, hovuzu və fitnes mərkəzi olan SPA mərkəzi fəaliyyət göstərir.

Turistlər bir çox hallarda otaq və ya evləri kirayə verən yerli sakinlərin evlərində qalırlar. Həmçinin yerli “Günay” motelində də otaq kirayəyə götürmək olar.
Tovuzda çoxlu sayda restoran var və onlardan ən böyükləri “XXI əsr”, “Anar” və “Vladivostok” restoranlarıdır.

Azərbaycanın bir çox şəhərlərində olduğu kimi, Tovuzda da, demək olar ki, şəhərin tam girişində çox gözəl tərtib olunmuş park salınmışdır.


 

Xəritə

Əlaqə

Az1007 Bakı Ceyhun Hacıbəyli küç 32 A.
(+994 12) 465 44 42
(+994 12) 465 44 42
(+994 70 / 55) 495 16 16
(+994 55) 705 91 16
[email protected]

© Copyright 2019 by R-travel & tour