Kənd dəniz səviyyəsindən 2300 m yüksəklikdə konusşəkilli dağ zirvəsində yerləşir. Deyilənə görə bu ərazi Nuhla bağlıdır. Rəvayətə görə bu hündür və düzən ərazini görən Nuh burada lövbər atmış və hər kəsə gəmini tərk etməyi göstərişi vermişdir. Hal-hazırda burada 200-300 yaşı olan 380 yaxın ev var. Yamacları iti olduğundan evlər bir-birinə kip tikilib: bir evin damı eyni zamanda ondan yuxarıda yerləşən digər evin həyətidir. Kənd sakinləri ənənəvi həyat tərzlərini qoruyub saxlayıblar. Burada yaşayanlar əsasən qoyunçuluqla məşhul olduğundan toxuculuq işi geniş yayılıb. Xınalığın sakinləri alban tayfalarından biridir və tamamilə fərqli dildə danışırlar. Xınalıq kəndi yalnız qədim ənənələri ilə deyil, həm də burada qar adamını görmələri ilə məşhurdur. Bu kəndə gəlsəz onu öz gözlərilə görən ovçu Babaəli Babaəliyevlə şəxsən söhbət edə bilərsiz.