Bölgə Haqqında

Bakı ilə arasında məsafə

268 km

Əhalisi

213,2 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – Lənkəran avtobusları – 6 saat;
Qatar: Bakı – Astara – 9 saat

Lənkəran Azərbaycanın cənub-şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Bura respublikanın ən parlaq və gözəl şəhərlərindən biridir. Nəfis memarlıq, gözəl iqlim və heyranedici təbiət landşaftları bu şəhərin fərqli xüsusiyyətləridir. Münbit torpaq kənd təsərrüfatının inkişaf etməsinə səbəb olur, termal bulaqların varlığı turistləri və öz sağlamlığını qaydasına salmaq istəyən insanları cəlb edir, qədim tarixi və mədəni görməli yerlərin bol olması qədim zaman pərəstişkarlarını laqeyd qoymur.

Lənkəran vaxtilə Qafqaz Albaniyası dövlətinin tərkibində idi, 1743-cü ildə isə Talış xanlığının mərkəzi olmuşdur. Öz qədim adət və ənənələrini qoruyub saxlamış talışlar rayon əhalisinin bir hissəsini təşkil edir. Mis məmulatların hazırlanması, dulusçuluq, parçadan geyimlərin tikilməsi kimi peşələr burada qədimdən vardır. Lənkəran rayonunun subtropik iqlimi düyü, üzüm, tütün kimi sitrus bitkilərinin yetişdirilməsi üçün ideal şəkildə uyğun gəlir. Lənkəranda çay istehsalına böyük diqqət yetirilir. Şəhər bütün dünyada pərəstiş edilən bu içkinin tanınmış idxalçısı kimi təkcə keçmiş ittifaq ərazisində deyil, həm də bir çox Avropa ölkələrində məşhurdur. Buna görə Lənkəranın girişində turistləri nəhəng samovar qarşılayır.

Lənkəran rayonu populyar turist marşrutlarının mərkəzində yerləşir. Onun bir hissəsi Xəzər dənizinin sahili boyunca yerləşmişdir. Bu sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və “Lənkəran” müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşmişdir. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülmüş və ekoturizm həvəskarlarınınböyük marağına səbəb olmuşdur.

Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunmuşdur. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olmuşdur və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılmışdır.

Lənkəranda ən parlaq memarlıq abidəsi şəhərin tam mərkəzində yerləşən Mirəhməd xanın Evidir. Bu saray 1913-cü ildə tikilmişdir, və şəhərdə ilk üçmərtəbəli bina olmuşdur. Onun layihəsində iki fransız memarın çalışmasına baxmayaq, Mirəhməd xanın Evinin xarici görünüşündə milli Azərbaycan memarlığının cizgiləri vardır. Qərb və şimal tərəfdən fasadlar kərpicdən və ağ daşdan, şərq və cənub tərəfləri isə yalnız qırmızı kərpicdən hörülmüşdür. Giriş qapısının üzərində mistik heyvan şəkilləri yaxşı hiss olunur.

Şəhərdə bir neçə kilometrdə minlərlə müsəlmanın ziyarəti üçün Xaneqa ibadətxanası yerləşir. Bu Pirsaat çayının sahilində, Şamaxıdan İrana gedən qədim yolun yaxınlığında, çox romantik bir rayonda, İri qala divarlarının arxasında yerləşən məqbərə və məscidlərdən ibarət incə bir kompleksi ifadə edir.

Kompleksin bütün tikililəri özünün qeyri-adi bədii işləmələri ilə, ağac üzərində oymalarla və çini bəzəklərin qeyri-adi kombinasiyaları və mahir divar naxışları ilə gözü oxşayır. Səkkizüzlü lüləsi və azan meydançası ilə, habelə şərq memarlığının ənənələrini təcəssüm etdirən kufi yazılarının olduğu təmtəraqlı mehrabı ilə seçilən Pir-Hüseyn türbəsinin olduğu məscid Xaneqaya birləşir.

Şübhəsiz ki, Lənkəranda ilin istənilən vaxtı istirahət etmək maraqlıdır. Təmiz hava və gözəl təbiət bol görməli yerlərlə və yerli sakinlərin qonaqpərvərliyi ilə birləşdikdə hər il dünyanın hər yerindən turistləri buraya cəlb edən həmin başlıca amil hesab olunur.


 

Xəritə

Əlaqə

Az1007 Bakı Ceyhun Hacıbəyli küç 32 A.
(+994 12) 465 44 42
(+994 12) 465 44 42
(+994 70 / 55) 495 16 16
(+994 55) 705 91 16
[email protected]

© Copyright 2019 by R-travel & tour