Qədimliyin və müasirliyin qovuşduğu Azərbaycanın paytaxtı turistləri hər zaman cəlb edib. Qala divarları ilə əhatələnmiş Qədim şəhər və ya İçəri şəhər Bakının qonaqlarında xüsusi maraq oyadır. Açıq səma altında yerləşən bu muzey və burada yerləşən Qız qalası (XII-ci əsr) YUNESKO-nun dünya irsi siyahısına daxil ediliblər. Qalanın memarlıq görünüşü təkrarolunmaz özünəməxsusluğu ilə seçilir, burada Şirvan hökmüdarlarının igamətgahı olmuş nadir Şirvanşahlar Sarayı kompleksi (XV-ci əsr) də daxil olmaqla, orta əsrlər memarlığının 44 abidəsi yerləşir. Bakıdan 30 km aralı, Suraxanı qəsəbəsində zoroastrizm dövrünün abidəsi – atəşpərəstlərin məbədi olan «Atəşgah» yerləşir. Bir qədər aralıda, Qobustan qəsəbəsində (Bakıdan 60 km aralı) insan və heyvanların 4000 qayaüstü təsvirinin aşkar edildiyi dünya mədəniyyətinin nadir abidəsi, bəşəriyyətin ilk sivilizasiya ocaqlarından biri yerləşir. Bu tarixi-bədii qoruqda həmçinin YUNESKO-nun dünya irsi siyahısına daxil edilib.
Paytaxtın müasir görünüşü də qonaqlarda böyük maraq doğurur. Bakının yeni simvolları sırasında möhtəşəm Flame Towers bina kompleksini, 2012-ci ildə «Avroviziya» mahnı müsabiqəsinin keçirildiyi Crystal Hall idman-əyləncə kompleksini, Heydər Əliyev mədəniyyət mərkəzini və digərlərini göstərmək olar. Bakı sakinləri və qonaqların ən sevimli gəzinti yeri neon işıqlarla parlayan şəhər Dənizkənarı parkdır (və ya sadəcə Bulvar). Bakıda həmçinin çoxlu sayda ticarət-əyləncə mərkəzi, butiklər, kinoteatrlar, konsert və sərgi salonları, muzeylər, restoranlar, dünyanın tanınmış brend otelləri yerləşir.
Bakı Azərbaycan Respublikasının paytaxtı, ölkənin iri elmi-texniki, sənaye və mədəniyyət mərkəzidir. Azərbaycanın istənilən guşəsi tarixi-memarlıq nöqteyi-nəzərindən turistləri maraqlandıra bilər, lakin Bakının çoxsaylı abidələri turistlərdə xüsusi canlı maraq oyadır. Bu, hər şeydən əvvəl, şəhərin qədim hissəsi – əfsanəvi Qız qalası (XII əsr) ilə birlikdə dünyanın irsi abidələrinin siyahısına daxil edilmiş İçəri şəhərdir. Qalanın zahiri görünüşü memarlıq cəhətdən təkrarolunmaz özünəməxsusluğu ilə fərqlənir, burada orta əsr memarlığının 44 abidəsi yerləşir. Onların arasında Şirvanşahlar Sarayının unikal kompleksi, Şirvan Hakimlərinin keçmiş rezidensiyası (XV əsr), Sınıq Qala minarəsi (XI əsr), məscidlər, karvansaralar, hamamlar var. Bu qədimsevərlər üçün əsil etnoqrafik xəzinədir.
Bakıdan 30 km məsafədə, Suraxanı qəsəbəsində keçmişin ekzotik abidəsi olan atəşpərəst məbədi “Atəşgah” zoroastrizm salnaməsinin bir səhifəsidir. Bir qədər uzaqda, Qobustan qəsəbəsində (Bakıdan 60 km məsafədə) dünya mədəniyyətinin çox nadir abidəsi, insanlıq sivilizasiyasının ilk ocaqlarından biri yerləşir. Burada insan və heyvanların 4000 qayaüstü rəsmləri (petroqliflər), bizim ulu əcdadlarımızın yaşadığı 20 mağara aşkar edilmişdir. Burada tarixi-bədii qoruq yaradılmış, abidənin özü isə YUNESKO-nun Ümumdünya maddi-mənəvi irslər siyahısına daxil edilmişdir.
Paytaxtın müasir zahiri görünüşü qonaqlarda az maraq oyatmır. Bakının yeni simvolları arasında Flame Towers bina kompleksini, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin keçirildiyi Crystal Hall idman-əyləncə kompleksini, Heydər Əliyev mədəniyyət mərkəzini və digərlərini xüsusi olaraq göstərmək olar.
Simasını dəyişmiş və neon lampaları ilə bərq vuran Dənizkənarı Milli Park əvvəlki kimi şəhər sakinlərinin və qonaqların sevimli gəzinti yeri olaraq qalır. Bakıda çoxlu sayda müasir ticarət və əyləncə mərkəzləri (TƏM) və idman mərkəzləri, kinoteatrlar, konsert və sərgi meydançaları, muzeylər, parklar və digərləri vardır.
Siz Park Bulvar, 28 Mall və ya Metroparkın butiklərində istədiyiniz qədər gəzərək, çoxsaylı kafe və restoranlarda dadlı nahar və şam edə bilərsiniz. Desert üçün isə çox gözəl tərtib olunmuş kinozallarda ən yeni filmlərə baxa bilərsiniz, boulinq oynaya və ya attraksionlarda əylənə bilərsiniz.
Yeri gəlmişkən, Avropada ən böyük üstüörtülü attraksion zalı – Megafun da Azərbaycanın paytaxtında yerləşir. Bu hələ hamısı deyil! Kinomanlar üçün xoş xəbər – “Nizami” kinomərkəzində Qafqaz regionunda ən böyük, 18 metr enində ekran quraşdırılmışdır.
Bakı dəblə geyinməyi sevənlər şəhəridir. Paytaxtın hər yerində brend geyim və ayaqqabı mağazaları səpələnmişdir. Onlardan ən dəbdəbəlisi Armani, Versace, Gucci, Dolce&Gabbana, Prada və digərləri mərkəzi Neftçilər prospekti boyunca Bulvarla üz-üzə sıra ilə düzülmüşdür.
Mədəni istirahət və musiqisevərlər də darıxmayacaqlar. Heydər Əliyev Sarayında və Crystal Hallda müntəzəm olaraq dünya səhnə ulduzlarının konsertləri keçirilir. Azərbaycan Dövlət Filarmoniyasında və Dövlət Akademik opera və balet Teatrında klassik və simfonik musiqidən həzz almaq olar. Caz pərəstişkarlarına Baku Jazz Centerdə tez-tez təşkil olunan konsertlərə getməyi məsləhət görürük. Bundan əlavə, hər payız Bakıda ənənəvi caz festivalı keçirilir.
Habelə siz muzeyləri, şəkil qalereyalarını ziyarət edə, uşaqlarla birlikdə Luna parka, Sirkə, zooparka gedə bilərsiniz, Bulvardakı Bakı Venetsiyasında qayıqlarda gəzə bilərsiniz. Həmçinin Sizə Dağüstü parkda olmağı məsləhət görürük. Ora ən yaxşısı Funikulyorla qalxmaq məsləhətdir. Parkın baxış meydançasından şəhər və buxta əl içi kimi görünür.
Azərbaycanın zəngin milli mətbəxi ilə də tanış olmaq çox rahatdır. Çoxsaylı şəhər restoranlarından istənilən birinə girsəniz, məmnuniyyətlə sizi kabab, dolma və plova qonaq edəcəklər.
Bir sözlə, Azərbaycanın paytaxtında darıxmayacaqsınız və hər biriniz ürəyinə görə məşğuliyyət tapacaqsınız.
© Copyright 2019 by R-travel & tour