Bakı ilə arasında məsafə
230 km
Əhalisi
205,8 min nəfərdir
Necə getməli
Avtonəqliyyat : Bakı-Masallı – 7 saat , Sumqayıt –Masallı, Gəncə-Masallı, Mingəçevir-Masallı, Şirvan-Masallı, Lənkəran-Masallı reys avtobusları; Dəmir yolu: Bakı-Astara – 6,5 saat
Azərbaycanın cənubunda, paytaxtdan 270 km aralıda yerləşən Masallı rayonu subtropik iqlimi, Xəzər dənizinin lacivərd çimərlikləri və ən məşhur İstusu olmaqla, çoxlu sayda isti çeşmələri ilə tanınır.
İstisu termal mineral çeşməsi revmatizm və dayaq-hərəkət aparatı, dəri xəstəliklərindən əziyyət çəkən insanların ziyarət yerinə çevrilib. Çeşmənin ətrafında bir neçə pansionat, koteclər, çadır şəhərcikləri tikilib. Termal çeşmədən çıxan suyun bir hissəsi buradan axan kiçik çaya tökülməsi burada dincələnlərə qeyri-adi vannalar qəbul etməyə imkan yaradır. Çayda üzən qeyri adi balıqların dəstəsi çimənlərə yaxınlaşaraq dərilərini çimdikləyir və bu dermotoloji xəstəliklərindən qurtulmağa kömək edir.
Bərəkətli iqlim bu məskəndə müxtəlif növ heyvanlar və fıstıq, ulas, dəmirağac, qızılağac və palıd ağacı kimi qiymətli ağac növləri olan qalın meşələrin inkişafına şərait yaradır. Masallı şəhərində ənənəvi xalq sənətkarlığı nümunələrini: toxunma həsirlər, baş örpəkləri, müxtəlif duluzçuluq məmulatları, xalçalar, corablar, əlcəklər, milli ornamentlə bəzədilmiş taxta məmulatları əldə etmək turistlərə maraqlı gələcək.
Masallı rayonu regionun əsas nəqliyyat damarı – Azərbaycanın paytaxtından cənuba, İrana gedən yol boyu yerləşmişdir. Burada iqlim subtropikdir. Rayonun sərhədlərindən biri Xəzər dənizinin sahili, digər isə Talış dağlarıdır. Rayon ərazisində axan Viləş, Tatan, Əlvədiçay, Matara və digər çaylar Xəzər dənizinə axır.
Masallının əsas magistrallardan kənarda olmasına baxmayaraq, şəhər ən yaxşı turizm potensiallarından birinə malikdir. Bura ölkənin ən gözəl guşələrinin biridir. Mənzərəli Talış dağları öz təkrarolunmaz əzəməti və təravəti ilə səyahətçiləri valeh etməkdə davam edir. Şəhər kənarında, meşədə yerləşən mənzərəli kiçik göl həm şəhərin qonaqları, həm də yerli sakinlər üçün sevimli istirahət yeridir.
Müalicəvi turizmin inkişafı üçün Masallı rayonu xüsusilə perspektivlidir. Region həm termal, həm də soyuq mineral bulaqlarla, bəzi yerlərdə isə tərkibində kükürd və digər elementlərin olduğu bulaqlarla zəngindir. Masallıdan bir neçə kilometr məsafədə, Ərkivan kəndinin yaxınlığında “İstisu” termal mineral bulağı yerləşir. Bu zona yayda ölkənin hər tərəfindən və xaricdən gələn turistlər və revmatizmdən və digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün ziyarətgaha çevrilir.
Bulaq ətrafında bir neçə pansionat, kotteclər, çadır şəhərcikləri salınmışdır. Termal bulaqdan suyun bir hissəsi burada axan kiçik çaya tökülür, və bu da istirahət edənlərə özünəməxsus kontrast vannaları qəbul etməyə imkan verir. Maraqlıdır ki, çayda yaşayan qeyri-adi balıq üzərək insanlara yaxınlaşır və arabir dərilərini çimdikləyir, bu da dermatoloji xəstəliklərin tez sağalmasına səbəb olur.
Diyar zəngin bitkilərlə bərabər Qəriblər və Yenikənd meşəbəyiliklərində fıstıq, vələs, dəmirağacı, qızılağac, palıd kimi qiymətli ağac növlərini də qoruyub saxlamışdır.
Qırmızı kəndinin ovçuluq təsərrüfatında meşə heyvan və quşlarını ovlamaq olar.
Masallıdan Lənkərana gedən yolda, Xəzər dənizinin cənub-qərbində (Qızılağac körfəzində) meşə yerlərinə körfəzin bütün hövzəsinin, həmçinin ətrafdakı quru sahələrin daxil olduğu Qızılağac qoruğu yerləşir. Qoruq su, bataqlıq və çöl quşlarının mühafizəsi və artırılması, quşların, o cümlədən Qırmızı Kitaba daxil edilmiş quşların (ümumilikdə 248 növdə quş və 54 növdə balıq) qışlaması üçün su və yarımsəhra təbii komplekslərin mühafizəsi üçün 1929-cu ildə yaradılmışdır. Mövsüm zamanı Qızılağac qoruğunun yaxınlığındakı ərazidə su quşlarını və tülkü, qaban, porsuq və canavar ovlamaq olar.
Tarixi memarlıq abidələrindən rayonda hamam və məscid (XIX əsr), Ərkivan qalası, Boradigah və Digah kəndlərində XVI əsrin məscidləri, Seyid Sadıq məqbərəsi qalmışdır.
Şəhərdə tarixi-diyarşünaslıq muzeyinin ekspozisiyasına baxmaq, ənənəvi xalq sənətinin məmulatları ilə: Musaküçə kəndində hörmə həsir, Türkoba kəndidə baş yaylıqları, Ərkivan kəndində müxtəlif dulusçuluq məmulatları, dağ kəndlərində palaz, corab, əlcək, Qəriblər, Kolatan, Sığdaş kəndlərində milli ornamentlə bəzədilmiş taxta alətlərlə tanış olmaq turistlər üçün maraqlı olacaqdır.
Son illər ərzində mövcud pansionatlarla yanaşı, Masallıda bir neçə müasir otel və istirahət mərkəzi açılmışdır. Məsələn, Ərkivan kəndi yaxınlığında otel və kottecləri olan, Avropa standartlarına uyğun olaraq quraşdırılmış “Daştvənd” istirahət bazası. Həmçinin Vilesh, Damir Agach, “Rasim” mehmanxana və istirahət zonalarında, “Turan” sanatoriyasında və digərlərində gecələmək və istirahət etmək olar.
İstirahət bazalarının əksəriyyəti turistlər üçün ətraflara ekskursiyalar, at belində gəzintilər, meşədə gəzintilər təşkil edirlər.
© Copyright 2019 by R-travel & tour