Bölgə Haqqında

Bakı ilə arasında məsafə

185 km

Əhalisi

81,7 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – İsmayıllı avtolbusları

Ölkənin şimalında yerləşən İsmayıllı rayonunun ərazisi e.ə. IV əsrdən Qafqaz Albaniyasının tərkibində olub. Burada ən yüksək dağın zirvəsində Qafqaz Albaniyasının hökmüdarı Cavanşirin (VII-ci əsr) adı ilə bağlı olan orta əsrlər qalasının xarabalıqları qalıb. Rayonun digər məşhur tarixi abidəsi alınmaz dağın zirvəsində yerləşən müdafiyə tikilisi olan Qız qalasıdır (VII-XII-ci əsrlər). İsmayıllı rayonu xalq sənəti ənənələri ilə zəngindir. Azərbaycanlılarla bərabər burada digər xalqların və etnik qrupların nümayəndələri yaşayırlar. Məsələn, Azərbaycanın tanınmış İvanovka kəndində Rusiyadan köçürülmüş molokanların törəmələri yaşayırlar. Dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşən Lahıc kəndində isə özlərini laxıclılar adlandıran tatlar yaşayır. Hələ VII-ci əsrdən tanınan və dağlarda yerləşən bu kiçik şəhər bu günümüzdə də misdən hazırlanan silah və qab-qacağı ilə məşhurdur. Orta əsrlərdə sənətkarlıq və ipəkçilik mərkəzlərindən biri olmuş Basqal kəndi də geniş tanınır. İsmayıllı həmçinin Azərbaycanın şərabçılıq mərkəzlərindən biridir.

İsmayıllı tarixi Şirvanın bir hissəsidir. Rayon respublikanın şimalında, Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşir.

Şimali Azərbaycanın bütün əraziləri kimi, rayonun ərazisi hələ bizim eradan əvvəl IV yüzillikdə Qafqaz Albaniyasının tərkibinə daxil idi. Girdmançayın sol sahilində, ən yüksək dağın zirvəsində yaranması Qafqaz Albaniyasının (VII əsr) hökmdarı Cavanşir adı ilə bağlı olan orta əsrlərə aid qalanın xarabalıqları bu günədək qalmışdır. Haram qalası, Qırxotaq qəsri, Cümə məscidi və Sulutda olan müdafiə təyinatlı Xirəki divarı böyük maraq oyadır. Lakin rayonun ən məşhur və əhəmiyyətli tarixi abidəsi Xanəgah kəndinin yaxınlığında, Dik dağın zirvəsində yerləşən müdafiə məqsədli tikili olan Qız qalasıdır (VII-XII əsrlər).

İsmayıllı rayonu xalq sənətinin ənənələri ilə zəngindir. Burada azərbaycanlılarla yanaşı digər xalqların və etnik qrupların nümayəndələri də yaşayır. Məsələn, Azərbaycanda tanınmış İvanovka kəndində buraya Rusiyadan sürgün edilmiş molokan nəsilləri yaşayır. Yerli sakinlər çox əməksevərdir və öz qədim mədəniyyətini və ənənələrini qoruyub saxlamışdır.

Girdmançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndində özlərini lahıclar adlandıran tatlar yaşayır. Hələ VII əsrdə dağlarda yerləşən bu kiçik şəhər misdən hazırlanmış silahı və qab-qacağı ilə bu günədək məşhurdur.

Orta əsrlərdə sənətkarlıq və ipəkçilik mərkəzlərindən biri olan Basqal kəndi də çox məşhurlaşmışdır. Hələ də ənənəvi qadın yaylığı – kəlağayı yalnız bu kənddə istehsal olunur.

Rayon turizm üçün çox maraqlıdır. Qız qalası – Şirinsu turizm zonası gəzinti, ekoturizm və yürüş həvəskarlarının sevimli yeridir. Burada Göyçay çayının qolu olan Ax-ox çayı axır

Yerli sakinlər çayın adı illə bağlı maraqlı əfsanə danışırlar. Guya sürgün edilmiş malakanlar onlar üçün naməlum olan bu yerdən keçərkən, meşə giləmeyvələrindən doyunca yemiş, ardınca çayın suyundan içmişlər, və bunun da nəticəsində hamısının qarnı ağrımışdır. Sürgün edilmişlər ox edərək və ah çəkərək, öz əzablarını yüngüllətmək üçün bir künc tapmaq məqsədilə, dağda yuxarı-aşağı qaçmışlar. O zamandan çayın adı “Ax-ox” qalmışdır.

İsmayıllı həmçinin Azərbaycanın şərabçılıq mərkəzlərindən biridir və burada şərab turlarının istiqaməti üçün bütün imkanlar mövcuddur.

Məsələn, qonaqlar, üzümün yetişdirilməsindən başlayaraq şüşələrə süzülənədək tam dövriyyəli, fransız şatosunun (qala) nümunəsində yaradılmış şərabçılıq təsərrüfatı Shato Monolit kompleksində qala bilərlər.

İsmayılı rayonunun heyvanat aləminin qeyri-adi formada zəngin olması sayəsində rayonda ovçuluq turizmi də inkişaf etmişdir.

Rayonun meşələrində maral, dağ keçisi, qaban, ayı, canavar, tülkü, dovşan və digər heyvanlar yaşayır. Rayonun açıq ərazisində ov üçün və müvafiq mövsümlərdə balıq ovu üçün lisenziya İsmayıllı rayonunun Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilir.


 

Xəritə

Əlaqə

Az1007 Bakı Ceyhun Hacıbəyli küç 32 A.
(+994 12) 465 44 42
(+994 12) 465 44 42
(+994 70 / 55) 495 16 16
(+994 55) 705 91 16
[email protected]

© Copyright 2019 by R-travel & tour