Hörmətli tərəfdaş, sizi şirkətimizlə tanış etməzdən əvvəl icazə verin sizə xatirladaq ki, əməkdaşların birgə istirahətinin təşkili hər bir şirkət üçün vacibdir. Çünki , bu rəhbərliyə olan sədaqət və güvənin səviyyəsini yüksəldir, əməkdaşların iş qabiliyyətini artırır və nəticə etibarilə işçilərin təşkilata olan bağlılığı kollektivdə birlik yaradır.
İndi icazənizlə sizin əməkdaşlara və onların ailəsinə təqdim olunan istirahətin təşkil olunması ilə bağlı ən başlıca proqramı gözdən keçirək:
1.
Bizim şirkətimizdə istirahət və bilet seçimlərinə cavabdeh bir neçə şöbə və işçilər var.
Siz işçinizin vaxtını əlavə istirahət yerləri və bilet axtarışları ilə sərf etməməlisiniz. Belə ki, bizdə bunun üçün turizmlə məşğul olan işçilərimiz var. Dünya hotelləri və bilet seçimləri ilə məşğul olan bizlər, sizə ətraflı məlumat verərək, münasib variantları təklif edə bilərik.
2.
Düşünə bilərsiniz ki, nəyə görə biz birbaşa baza ilə işləməyib, məhsulu vasitəçidən alaraq əlavə ödəniş etməliyik?!
Biz isə, R-Travel&Tours – turizm şirkəti olaraq doğru yolu belə görürük:
– istirahətiniz üçün ən yaxşı variantlar təklif edəcəyik və münasib biletlərin axtarışında köməklik göstərəcəyik. Əlavə olaraq üzərimizə təşkilati işləri götürürük. Məsələn: ən yaxşı hotellərin axtarışı, əlavə xidmətlər – safari və ya ekskursiyalar, bələdçi xidməti, sığortalar və s xidmətlərin təşkili. Eyni zamanda sizə təqdim etdiyimiz təklifə görə tam olaraq hüquqi və mənəvi məsuliyyət daşıyırıq.
Şirkət haqqında
“R-Travel&Tours” turagentliyi Bakı şəhərində 2011-ci ildən etibarən yüksək səviyyədə fəaliyyət göstərir.
Şirkətin aşağıdakı fəaliyyət növləri var:
– Dünya üzrə hər növ istirahət səfərlərinin təşkili
– Hər növ ekskursiya formaları
– Müalicə xarakterli sanatoriya turları
– Daxili turlar
– Aviabiletlərin satışı və bronlaşdırılması
– Sığorta (hər növ)
– Turistlərin fərdi sifarişləri
Biz dünən açilan şirkət deyilik. Biz turizm bazarında uzunmüddətli və səriştəli şəkildə fəaliyyət göstəririk. Avropa və Asiyada tərəfdaşlarımız var.
Şirkətimiz 2012-ci ildən etibarən Turizm və Mədəniyyət Nazirliyinin bu sahədə fəaliyyət üzrə təqdim etdiyi Lisenziya əsasında işləyir.
© Copyright 2019 by R-travel & tour