İnzibati mərkəzi Şəmkir şəhəri olan Şəmkir rayonu Azərbaycanın qərbində, Bakıdan 399 km aralıda yerləşir. Əlverişli iqlim, zəngin mədəni və tarixi irs, inkişaf etmiş infrastruktur Şəmkir şəhərini turistlər üçün cəlbedici edir.
Şəhər ən azı V əsrdən mövcuddur, onun tərəqqi dövri isə IX-XI əsrlərə təsadüf edir. O vaxtlar Şəmkir beynəlxalq ticarətdə fəal iştirak edən çiçəklənən müsəlman şəhəri olub. 1235-ci ildə Şəmkir Gəncə ilə birgə monqollar tərəfindən zəbt olunaraq dağıdılıb. Sonralar yeni şəhər tikilərək genişlənmiş, köhnə şəhər isə baxımsız qalmışdır. Bu gün Şəmkir çayının sol sahilində yerləşən orta əsrlər Şəmkir şəhərində genişmiqyaslı qazıntılar aparılır. Müdafiə istehkamını xatırladan şəhərin əzəmətli divarlarına, yaşayış tikililərinin, mühəndis qurğularının qalıqlarına baxdıqda, o dövrlərin şəhər sakinlərinin yüksək mədəni səviyyəsi barədə əminliklə fikir söyləmək olar.
Şəmkir tarixinin alman səhifələri səyyahlarda xüsusi maraq oyadır. 1819-cu ildə Napoleon müharibələrindən canlarını qurtarmaq üçün Vürtemberq torpaqlarından köç edənlər Azərbaycana pənah gətirmiş və burada ilk iki koloniya: Yelenendorf və Annenfeld (indiki Göygöl və Şəmkir), sonra isə daha dörd koloniya salmışlar. Şəmkirdə həmin dövrdən xəbər verən çox sayda tarixi sübutlar qalıb – alman evlərinin tikildiyi bütöv küçələr, lüteran kilsəsi, parklar, şərab istehsalı və s. Yeri gəlmişkən, Azərbaycanda sənaye üsulu ilə şərabçılığın əsası da almanlar tərəfindən qoyulub.
Şəmkirlilərin sahibkarlıq bacarığını da xüsusi vurğulamaq lazımdır: rayonun hər yerində qonşu ölkələrə ixrac olunan tərəvəzlərin yetişdirildiyi şüşəbəndlər yerləşir. Təsadüfi deyil ki, Azərbaycanda holland qızılgüllərinin yetişdirilməsi üzrə ilk yüksək texnoloji istilik kompleksi AzAqro məhz Şəmkirdə açılıb.
Şəmkir bu gün yalnız tarixi keçmiş deyil, həm də turistlərə geniş imkanlar təklif edən müasir şəhərdir. Burada, şəhər parkında 150-dən artıq nəfəskəsən attraksionun oluduğu böyük əyləncə mərkəzi yerləşir. «Zəka» İntellektual gənclər mərkəzinin kitabxanası saysız elektron nəşrlərə və audiovizual məhsullara girişi təmin edən dünyanın ən iri təhsil kitabxana şəbəkəsi Follett Internationala qoşulub. Uzunluğu iki kilometr olan West Gate ticarət pasaji ən məşhur yerli və dünya brendlərinin kommersiya obyektlərini birləşdirir.
© Copyright 2019 by R-travel & tour