Bölgə Haqqında

Bakı ilə arasında məsafə

384 km

Əhalisi

59,1 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı-Göygöl, Bakı-Gəncə avtobusları

Ölkənin ən mənzərəli regionlarından olan Göygöl rayonu Azərbaycanın qərbində yerləşir. Rayon ərazisində məşhur Göygölün sahilində Göygöl dövlət qoruğu yerləşir. Bu rayonda iqlim əsasən soyuqdur və burada qış, bir qayda olaraq, quru olur. İllik orta temperatur 4-10 dərəcə arasında dəyişir.
Rayon mərkəzi əvvəllər Yelenendorf adlanırdı. Onun əsası qədim Xanlıqlar kəndinin yerində 22 avqust 1819-cu ildə alman kolonistləri tərəfindən qoyulmuşdur və nəticədə Xanlar şəhərinin əsasını təşkil etmişdir. Göygöl rayonu hal-hazırda azərbaycanlı və alman xalqlarının dostluq nümunəsidir. Burada alman tarixi irsinin qorunub saxlanılması üzrə böyük işlər görülmüşdür. Rayon ərazisində mədəniyyətin 30-a yaxın tarixi və memarlıq abidələri mövcuddur.

1854-cü ildə Xanlar şəhərində inşa edilmiş “Lüteran” alman kilsəsi, XVI əsrə aid iki körpü, 1896-cı ildə tikilmiş üç körpü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən inşa edilmiş 9 memarlıq abidəsi mövcuddur.
1674-cü ildə Şəhriyar kəndində inşa edilmiş “Qabriel” kilsəsi, Çaykənd kəndində “Anahid” məqbərəsi, Müqəddəs Məryəm kilsəsi, Yeni Zond kəndindən 300 metr məsafədə tikilmiş Alban məbədi, Üçbulaq kəndində Qız qalası, Quşqara və Balçılı kəndlərinin ərazisində tunc dövrünün sonuna və dəmir dövrünün əvvəlinə aid olan qəbiristanlıqları qalmışdır.
Rayon mərkəzində müasir tələblərə cavab verən stadion, bəzi qəsəbə və kəndlərdə isə idman kompleksləri mövcuddur.

Göygöl rayonunun əsas görməli yeri 1925-ci ildə yaradılmış, yeri gəlmişkən, Azərbaycanda ilk eyniadlı qoruqdur. Onun ümumi sahəsi 7 131 hektar təşkil edir. Qoruğun yaradılmasında əsas məqsəd bu yerləri qorumaq, bəzi rayonlarda isə dağ-meşə, dağ-çəmən və dağ-göl təbiət kompleksinin bərpa edilməsi olmuşdur.
Göygöl qoruğunun bütün ərazisi gözəl, amma həqiqətdə, kiçik və gur çayların axdığı çox dərin dərələrlə bölünmüşdür. Qoruqda həddən artıq gözəl göllərdən həzz almaq olar, onların sayı burada ona yaxındır (Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl və sair) və onlardan ən məşhuru 1139-cu ildə zəlzələ nəticəsində yaranmış Göygöldür.
Qoruqda çoxlu sayda müxtəlif bitkilərin mühafizəsi ilə yanaşı, həm də burada nadir, hətta demək olar ki, nəsli kəsilən heyvan növləri qorunur. Bu meşələrin sakinlərindən cüyür, xallı maral, dağ keçisi, boz ayı, dovşan, qaban, Qafqaz maralı və digər unikal vəhşi heyvanların qorunmasına xüsusi diqqət yetirilir.
Göygöl milli parkının gözəl və rəngarəng təbiəti, zəngin florası və faunası turist və ziyarətçilərin cəlb edilməsinə xidmət sahəsində ekoturizmin inkişafı üçün zəmin yaradır.


 

Xəritə

Əlaqə

Az1007 Bakı Ceyhun Hacıbəyli küç 32 A.
(+994 12) 465 44 42
(+994 12) 465 44 42
(+994 70 / 55) 495 16 16
(+994 55) 705 91 16
[email protected]

© Copyright 2019 by R-travel & tour