Ərazisi
191,57 km2
Əhalisi
86,4 min nəfər
Nə ilə getmək olar
Hava nəqliyyatı: Bakı- Naxçıvan
Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri Bakıdan 536 km aralıda, İranla sərhəddə, Naxçıvan çayının sahilində yerləşir. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir: dəqiq məlumdur ki, Naxçıvanın təməli e.ə. 1,5 min il əvvəl qoyulub. Əfsanəyə görə isə şəhər Ümumdünya Daşqınından sonra Nuh tərəfindən salınıb. Şəhərin cənub hissəsində hətta Nuhun məqbərəsi də qorunub saxlanılıb. Bir zamanlar burada kilsə olub, lakin təəssüflər olsun ki, artıq dağılıb. Nuhun məqbərəsi isə dağılmış kilsənin aşağı mərtəbəsindən ibarətdir və onun divarlarında buraya gələn ziyarətçilərin adları həkk olunub.
Uzaq qədimlərdən bəri səyyahlar və şairlər Naxçıvanı vəsf ediblər, onu Şərqin ən gözəl və firavan şəhərlərindən biri hesab ediblər. Bu gün də şəhər turizm baxımından maraqlıdır, çünki burada müxtəlif dövrlərə aid çoxsaylı abidələr var: Yusuf ibn Küseyirin məqbərəsi (1162-ci il), Əlincə qalası (XI-XIII əsrlər), gözəl Xan sarayı (XVIII əsr) və s.
Lakin Naxçıvan bu gün turistləri daha çox dəniz səviyyəsindən 1734 m yüksəklikdə yerləşən Duzdağın müalicəvi duz mağaraları ilə cəlb edir. Tənəffüs yolları xəstəliyindən əziyyət çəkənlər burada müvəffəqiyyətlə müalicə olunurlar. Müalicə ocağı iki – yerüstü və yeraltı hissəsdən ibarətdir. Birinci hissə Duzdağda və komfortlu «Duzdağ» otelində, ikinci isə dağın altında 300 m dərinlikdə yerləşir. «Duzdağ» otelində olan müalicə ocağı 5 qalereyadan ibarətdir, burada çarpayıları olan palatalar, kafe, TV-salon, kitabxana yerləşir.
Boş vaxtlarında qonaqlar burada yerləşən akvaparka, açıq və üstüörtülü hovuz, basketbol, futbol meydançaları, tennis kortları və idman-sağlamlıq mərkəzlərinə baş çəkə bilərlər.
© Copyright 2019 by R-travel & tour