Bölgə Haqqında

Bakı ilə arasında məsafə

135 km

Əhalisi

95,3 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – Şamaxı avtobusları

Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Bizim eradan əvvəl V əsrdə yaranmışdır. IX-XVI əsrlərdə – Şirvan şahlığının paytaxtı, Şirvanşahlarının rezidensiyası – Şərqin ən gözəl şəhərlərindən biri olmuşdur. XVIII əsrin ortalarından etibarən Şamaxı xanlığının mərkəzi olmuşdur (Puşkinin Şamaxı şahzadəsini xatırlayın).

Şamaxı torpaqlarının təbii şəraiti insanları qədim zamanlardan cəlb edirdi. Unikal təbiət, mülayim iqlim, mineral bulaqlar rayona xüsusi gözəllik verir. Burada iqlim mülayimdir. Yaylada olan palıd, fıstıq və vələs meşələri, yaşıl sahələr və kollar, göz oxşayan yaşıl çəmənlər bu yerlərə misilsiz gözəllik verir. Burada 50 növdən çox dərman bitkiləri yetişir. Meşələrin zəngin təbiəti burada vəhşi heyvanların və quşların, məsələn, cüyür, qaban, ayı, vəhşi pişiklərin yaşaması üçün əlverişli şərait yaradır.

Bu diyar ilin bütün fəsillərində çoxlu turist və istirahət edənləri cəlb edir.

Turistlərin daha çox ziyarət etdikləri yer rayon mərkəzindən 22 km məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsidir. Burada qışda xizək idmanı üçün və yayda at belində gəzinti üçün bütün şəraitlər vardır. “Qırxbulaq” adlı tanınmış yerdə çoxlu sayda bulaq mövcuddur. Rayonun gözəl təbiətinin mühafizəsi məqsədilə burada ərazisi 1521 ha təşkil edən Pirqulu qoruğu yaradılmışdır.

Azərbaycanda və Qafqazda ən böyük astrofizik rəsədxanası da Pirqulu qəsəbəsində yerləşir. Nəsrəddin Tusi adına rəsədxana müasir avadanlıqla və güzgüsünün diametri 2 metr olan və MDB-də ən iri teleskopla təchiz edilmişdir.

Şamaxı rayonu yalnız özünün zəngin təbiəti ilə deyil, həm də qədim tarixi ilə maraqlıdır.

Çoxsaylı zəlzələlərə baxmayaraq hələ də Şamaxıda çoxlu tarixi abidə: iki minarəli Cümə məscidi (743-cü il), Şəhixəndan məqbərəsi (XVəsr), Şirvan xanlarının türbəsi – Yeddi Günbəz məqbərəsi (XVIII-XIX əsrlər), 1402-ci ildə tikilmiş ”Diribaba” məqbərəsi, Gülüstan istehkamının xarabalıqları (XI-XII əsrlər) qalmışdır. Şamaxının görməli yerlərinin siyahısını davam etmək olar.

Şamaxı uzun müddət Böyük İpək Yolunun keçdiyi ərazidə əsas məntəqələrdən biri olmuşdur. yeraltı hamamı olan və XIV əsrdə tikilmiş Karvansara da böyük maraq oyadır.

Sonda əfsanəvi Qala Büyürt qalasının dağ kəndi Qala Büyürtün ətrafında olan xarabalıqlarını xatırlatmamaq olmaz. XIII əsrdə Şirvanşah Şahrux bu qalada farsların qoşunlarından müdafiə olunmuşdur. Qalanın içində şah sarayı yerləşir. Qalada təkmil su təchizatı sistemi mövcud olmuşdur: su qalası, su xətti, daş hovuzlar qala divarlarında tağşəkilli gizli keçidlərlə verilən suyun saxlanılması üçün istifadə olunmuş daş hovuzlar.

Şamaxı həm də Xaqani (XII əsr), Nəsimi (XIV əsr) M.Ə.Sabir (1862-1911-ci illər) və digərləri kimi bir çox Azərbaycan şair, filosof və mütəfəkkirlərin vətəni olan ədəbi şəhərdir.

Bu günlərin Şamaxısı həm də şərabçılıq və xalçaçılığın tanınmış mərkəzidir. Rayon həm şərab zavodlarında, həm də ayrı-ayrı fərdi təsərrüfatlarda hazırlanmış gözəl şərabları ilə məşhurdur. Şamaxı şərabının süfrə və desert növləri beynəlxalq sərgilərdə çoxlu medal və diplomlara layiq görülmüşdür.
Turistlər məşhur “Şirvan”, “Qobustan”, “Şamaxı”, “İsrafil” , “Ərcimən” xalçalarını toxuyan ustalarla Şamaxının düzənlik hissəsində, Cəngi kəndində tanış ola bilərlər. Çoban ailələrində isə milli ornamentlərlə bəzədilmiş rəngli yun corablar toxunur.
Bir sözlə, Şamaxı ən böyük diqqətə layiq yerdir.


 

Xəritə

Əlaqə

Az1007 Bakı Ceyhun Hacıbəyli küç 32 A.
(+994 12) 465 44 42
(+994 12) 465 44 42
(+994 70 / 55) 495 16 16
(+994 55) 705 91 16
[email protected]

© Copyright 2019 by R-travel & tour