Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Avropa Birliyinin yaradıcılarından biri olan Almaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə birinci yeri tutur.
Almaniyanın iqlimi mülayim-dəniz iqlimi hesab olunur. Həm qış, həm də yay mövsümləri üçün sərin, buludlu və rütubətli hava xarakterikdir.
Almaniyada əhalisi 1 milyon nəfərdən çox olan dörd şəhər yerləşir. Bunlar Berlin, Hamburq, Münhen və Köln şəhərləridir.