Hörmətli tərəfdaş, sizi şirkətimizlə tanış etməzdən əvvəl icazə verin sizə xatirladaq ki, əməkdaşların birgə istirahətinin təşkili hər bir şirkət üçün vacibdir. Çünki , bu rəhbərliyə olan sədaqət və güvənin səviyyəsini yüksəldir, əməkdaşların iş qabiliyyətini artırır və nəticə etibarilə işçilərin təşkilata olan bağlılığı kollektivdə birlik yaradır.
İndi icazənizlə sizin əməkdaşlara və onların ailəsinə təqdim olunan istirahətin təşkil olunması ilə bağlı ən başlıca proqramı gözdən keçirək:
1.
Bizim şirkətimizdə istirahət və bilet seçimlərinə cavabdeh bir neçə şöbə və işçilər var.
Siz işçinizin vaxtını əlavə istirahət yerləri və bilet axtarışları ilə sərf etməməlisiniz. Belə ki, bizdə bunun üçün turizmlə məşğul olan işçilərimiz var. Dünya hotelləri və bilet seçimləri ilə məşğul olan bizlər, sizə ətraflı məlumat verərək, münasib variantları təklif edə bilərik.
2.
Düşünə bilərsiniz ki, nəyə görə biz birbaşa baza ilə işləməyib, məhsulu vasitəçidən alaraq əlavə ödəniş etməliyik?!
Biz isə, R-Travel&Tours – turizm şirkəti olaraq doğru yolu belə görürük:
– istirahətiniz üçün ən yaxşı variantlar təklif edəcəyik və münasib biletlərin axtarışında köməklik göstərəcəyik. Əlavə olaraq üzərimizə təşkilati işləri götürürük. Məsələn: ən yaxşı hotellərin axtarışı, əlavə xidmətlər – safari və ya ekskursiyalar, bələdçi xidməti, sığortalar və s xidmətlərin təşkili. Eyni zamanda sizə təqdim etdiyimiz təklifə görə tam olaraq hüquqi və mənəvi məsuliyyət daşıyırıq.
3.
Biz müasir və rəqabətcil mühitdə bizneslərin, markaların və fərdi şəxslərin fərqlənməsinə kömək edən yenilikçi və təsirli ictimai əlaqə (PR) həlləri təqdim etməkdə ixtisaslaşmışıq. Uğurlu fəaliyyət tarixçəmizlə, auditoriyanızın diqqətini çəkən və mesajınızı gücləndirən fərdi strategiyalar hazırlamaqdan qürur duyuruq.
Bizim təcrübəmiz media əlaqələri, brend mövqeləndirilməsi, tədbir təşkili və rəqəmsal hekayəçilik sahələrini əhatə edir ki, bu da mesajınızın düzgün vaxtda və düzgün auditoriyaya çatdırılmasını təmin edir. İstər nüfuzunuzu artırmaq, istər yeni bir məhsul təqdim etmək, istərsə də brendinizi möhkəmləndirmək istəyirsinizsə, R-travel&Tour bunu həyata keçirmək üçün lazım olan alətlərə və təcrübəyə malikdir.
Biz sadəcə PR idarə etmirik – biz davamlı əlaqələr qururuq və ölçülə bilən nəticələr təqdim edirik. R-travel&Tour ilə əməkdaşlıq edin və uğur hekayənizi birgə yaradaq!
Şirkət haqqında
“R-Travel&Tours” turagentliyi Bakı şəhərində 2011-ci ildən etibarən yüksək səviyyədə fəaliyyət göstərir.
Şirkətin aşağıdakı fəaliyyət növləri var:
– Dünya üzrə hər növ istirahət səfərlərinin təşkili
– Hər növ ekskursiya formaları
– Müalicə xarakterli sanatoriya turları
– Daxili turlar
– Aviabiletlərin satışı və bronlaşdırılması
– Sığorta (hər növ)
– Turistlərin fərdi sifarişləri
– Yenilikçi və təsirli ictimai əlaqələr (PR) həlləri təqdim etmək
Biz dünən açilan şirkət deyilik. Biz turizm bazarında uzunmüddətli və səriştəli şəkildə fəaliyyət göstəririk. Avropa və Asiyada tərəfdaşlarımız var.
Şirkətimiz 2012-ci ildən etibarən Turizm və Mədəniyyət Nazirliyinin bu sahədə fəaliyyət üzrə təqdim etdiyi Lisenziya əsasında işləyir.
Bizim başqa şirkətlərdən fərqimiz:
1. Biz daxili və xarici turizmlə məşğul olan başlıca şirkətlərdən biriyik.
Şəhərdə olan çoxsaylı turizm şirkətləri arasında ən qabaqcıl olanlardanıq ki, bütün Avropa və Asiyada birbaşa tərəfdaşlarımız var.
2. Biz turistlərə dünya üzrə Aviabiletlərin və Hava yollarının seçimində köməklik edirik. Həmçinin bir neçə şəhər birləşməsi səyahətlərini təklif edə bilərik ki, bu da qisa zamanda və münasib qiymətlərlə eyni anda dünyanın bir neçə gözəl məkanları ilə tanış ola bilmənizi təmin edir!
3. Biz yalniz maraqlı və keyfiyyətli istirahət təklif edirik!
Şirkətimiz tərəfındən təşkil olunan bir çox təkliflərdən əməkdaşlarınız yalniz istəklərinə uyğun olanını seçir.
4. Sizin istirahətiniz sığortalanır.
Bir çox turagentliklər buna önəm vermirlər. Amma siz, bizim şirkətlə əvvəldən sona qədər güvəndəsiniz. Sizin və ailənizin səyahəti həmişə sığortalanacaqdır!
5. Bizim qiymətlər fərqlidir!
Hər ay bizim əməkdaşlar turist bazarında olan qiymətləri dəyərləndirir və fərqini tapır. Ona görə də bizim təkliflərimiz həmişə optimaldır!
6. Biz müştərilərimizə tez-tez endirimlər təklif edirik!
7. Səyahət zamanı ortaya çıxan hər xırda problemi də həll edirik!
Səfər zamanı ortaya çıxan hər hansı çətinliklər əməkdaşlarımız tərəfindən həll olunur.
Həmçinin transfer sifarişi, ekskursiyalar və istəyinizə uyğun otaq növünün seçilməsi daxil olmaqla hər bir əlavə xidməti sizin üçün təşkil edə bilirik.
8. Müalicə problem deyil!
Hər növ sanator müalicə növlərinin təşkili bizim öhdəliyimizdədir. Bizim dünya standartlarına cavab verən keyfiyyətli və müasir sanatoriyalara birbaşa çıxışımız var.
9. İndividual Tur paketlər.
Biz müştərilərimizin istəyinə uyğun olaraq təkliflər irəli sürürük! Bu fərdi olaraq istənilən şəhərin gəzintisi, maşın sifarişi, ekskursiyalar və bələdçi xidməti şəklində ola bilər! Seçdiyiniz turların təşkilinə aid hər bir istəyinizi yerinə yetirməyə qadirik!
10. Biz həmişə sizinlə əlaqədəyik!
Tur zamanı müştərilərimizlə bağlantını kəsmirik, günün istənilən zamanında suallara cavab verməyə çalışırıq, və buna görə də müştərilərimiz tərəfindən dəfələrlə çox sag ol eşitmişik. Əlbəttə, bu bizi sevindirməyə bilməz. Müştərilərimizin razı qalması bizim nəaliyyətimizdir. Şirkətimizə müraciət edən hər kəsə, xoş sözlərə görə dərin təşəkkürümüzü bildiririk.
11. Bizim fərqimiz, brendin görünürlüğünü artırmaqla yanaşı, auditoriya ilə səmimi əlaqələr qurmağa yönəlmiş fərdi PR strategiyaları yaratmağımızdır. Digər agentliklərdən fərqli olaraq, biz sizin unikal hədəflərinizə çatmaq üçün ölçülə bilən nəticələrə, innovativ hekayəçiliyə və strateji planlaşdırmaya diqqət yetiririk.
Bizimlə işləməyinizin üstünlükləri:
1. Siz endirim alacaqsınız və hədiyyələr qazanacaqsınız (bizim promo-aksiyalarımızdan və şərtlərimizdən asılı olaraq).
2. Müqavilə əsasında işləyirik. Lazımi mühasibat hesabatı sənədlərini təqdim edirik.
3. Əlavə xidmətlərin göstərilməsi ( sığorta, transfer, ekskursiyalar və s.)
4. Sizin şirkətin əməkdaşları üçün sayahət və aviabiletləri endirimli qiymətlərlə təklif edə bilərik (fərdi müqavilə əsasında).
5. Bütün növ suallarınızın vaxtında və sürətli şəkildə cavablandırılması.
6. Maksimum dərəcədə keyfiyyətli xidmət göstəririk. Şirkətimiz «Müştərilərimizin məmnuniyyəti bizim əsas hədəfimizdir» devizi altında fəaliyyət göstərir.
© Copyright 2019 by R-travel & tour