İsveç

İsveç Şimali Avropada, Baltik dənizi ilə Botnik körfəzi arasında yerləşir. Çox uzun (təxminən 8000 km) sahil zolağına malikdir. Qərbdə İsveçi Norveçdən ayıran Skandinav Dağları yerləşir. 449,964 km2 əraziyə malik olan İsveç, dünya sıralamasına görə 55-ci, Avropada isə 4-cü yeri tutur. Ərazisinin 65%-i meşələrdən ibarətdir. Ərazisinin 9%-i çay və göllərdən ibarətdir.

İsveç Skandinaviya yarımadasının 5/8 hissəsini tutur. Şimal-qərbi dağlıqdır. Kjölen dağları və Skandinaviya Alplarının şərq yamacları bu hissədədir. Kjölen dağında İsveçin ən yüksək təpəsi olan Kebneka (2123 m) yerləşir. Şimal bölgəsində çoxlu çaylar vardır. Bu çaylar cənubda Bothnia körfəzində tökülür. Əsas çayları Klark, Une, Angerman, Dal, İndals, Pite, Lüle, Kalij, Torn və Skellettedir. Kjölen dağlarının yüksək yamaclarında yüzlərlə kiçik buzlaq düzənlikləri vardır. Böyük göllər hissəsini bir çox göl meydana gətirmişdir. Bu göllərdən ən böyüyü 5545 km²-lik Vanern gölüdür. Digər əhəmiyyətli gölləri isə Vattern, Jalmar və Malardır. Qumlu sahil olan Czania istisna olmaqla, İsveç sahilləri qayalıq və kiçik adalarla doludur. Baltik dənizində olan Scania, Gotland və Oland adaları düz torpaqlardan meydana gəlmişdir.

İsveç şimalda – Sibirlə eyni en dairəsində yerləşməsinə baxmayaraq mülayim iqlimə sahibdir. Qışda havanın temperaturu bəzən -50 dərəcəyə qədər düşür. İsveçin iqlimi 3 tipə ayrıla bilər. İsveçin cənub ərazilərində okean iqlimi, mərkəzi hissələrində quru kontinental iqlim və şimalda olan subarktik iqlim mövcuddu


 

Xəritə

Əlaqə

Az1007 Bakı Ceyhun Hacıbəyli küç 32 A.
(+994 12) 465 44 42
(+994 12) 465 44 42
(+994 70 / 55) 495 16 16
(+994 55) 705 91 16
[email protected]

© Copyright 2019 by R-travel & tour