Algeria

Müasir Əlcəzair dövlətinin ərazisində qədim zamanlardə qədim Liviya tayfaları yaşayırdılar. E.ə. IX-II əsrlərdə Əlcəzairin sahilboyu ərazilərində Finikiya koloniyaları yerləşirdi. Bu ərazidə e.ə. III-II əsrlərdə Numibiya dövləti mövcud olmuşdu. E.ə. I əsrdə Əlcəzair ərazisi Roma imperiyası tərəfindən işğal olundu və Romanın əyalətinə çevrildi.

438-ci ildə müasir Əlcəzair dövlətinin də ərazisi daxil olmaqla Şimali Afrikanın sahilboyu əraziləri vandallar tərəfindən işğal olundu. 534-cü ildə Vandal krallığına son qoyan Bizans imperatoru Yustinian (527-565) bu əraziləri öz dövlətinin ərazisinə daxil etdi. VII əsrdə ərəblər tərəfindən işğal olunan Əlcəzair Ərəb xilafətinin tərkibinə daxil edildi. Ölkədə əhali arasında islam dini sürətlə yayılmağa başladı.

1518-ci ildə Əlcəzairin sahilboyu bir sıra şəhərlərini ələ keçirən yerli hakimlər ispan müstəmləkəçilərinin müdaxiləsindən qorxaraq kömək üçün türklərə müraciət etdilər. Nəticədə Əlcəzair ərazisi Osmanlı imperiyasının tərkibinə daxil edildi və onun ərazisi Konstantina, Titteri (Medea) və Maskara (Oran) bəylərbəylikləri arasında bölüşdürüldü. Əlcəzairin sahilboyu ərazilərində dəniz quldurluğu geniş miqyas aldı.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour