Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.
Maldiv adaları rəsmi adı Maldiv Respublikası — Cənubi Asiyada ada dövləti, Hindistanın cənubunda, Hind okeanındakı atollarda yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı Atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə öz “Kral Adası” adı ilə də tanınır.
Maldiv arxipelaqı Çaqos və Lakkadiv arxipelaqı ilə birlikdə Çaqos-Maldiv-Lakkadiv tektonik qalxmasında, Hind okeanındakı böyük dənizaltı dağ silsiləsi üzərində yerləşir. Ölkə dəniz səviyyəsindən 1.5 metr yüksəklik dərəcəsi ilə dünyanın ən alçaqda yerləşən ölkəsi hesab olunur. Hətta ölkənin ən yüksək nöqtəsi hesab olunan hündürlüyü belə (2.4 metr) dünyada ən alçaq təbii yüksəklik hesab edilir. Dəniz səviyyəsinin qalxması ilə əlaqədar olaraq, hökümət Maldivi 2019-cu ilə qədər karbondan azad ölkə edəcəyi vədini vermişdir.
Maldiv adaları erazımdan əvvəl 4-cü əsrdən etibarən tarixi və mədəni baxımdan Hindistan yarimadası ilə əlaqəli şəkildə inkişaf etmişdir. Maldiv Arxipelaqı 12-ci əsrdə islamlaşdı və sultanlıq şəklində birləşərək Asiya və Afrika ilə güclü mədəni və ticari əlaqələrini inkişaf etdirilməsinə nail oldu. 16-cı əsrin ortalarından artan müstəmləkə qüvvələrinin təsiri regiona çatır və Maldiv adaları 1887-ci ildə Britaniyanın qoruması altına keçir. Birləşmiş Krallıqdan müstəqillik 1965-ci ildə alınır və 1968-ci ildə Xalq Məclisi tərəfindən ölkənin Prezidentli Respublika şəklidə idarəsinin əsası qoyulur. Sonrakı onilliklər isə qeyri-sabitlik, demokratik islahatlara cəhd və iqlim dəyişikliyi nəticəsində meydana gələn ekoloji problemlərin həlli ilə xarakterizə olunmuşdur.
Maldiv adaları Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının qurucu üzvlərindən biridir. Həmçinin, ölkə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Tərəfsiz Dövlətlər Hərəkatı kimi nüfuzlu təşkilatlara üzvdür. Dünya Bankı Maldivi yuxarı orta gəlirli iqtisadiyyata malik ölkə kimi təsnifləşdirir. Balıqçılıq ölkənin tarixən hakim iqtisadi fəaliyyəti olmuş və indiyə qədər ən iri fəaliyyət sektoru kimi özünü qoruyub saxlamışdır. Tuzim sənayesi isə balıqçılıq sektorunu izləyərək, sürətlə böyüməkdədir. Şri-Lanka ilə birlikdə, Maldiv adaları Cənubi Asiyada yalnız iki “yüksək” dərəcəli İnsan İnkişafı İndeksinə malik ölkələrdir. Adambaşına düşən gəlirlə isə Maldiv Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası üzvləri arasında ən yüksək göstərici ilə fərqlənir.
Maldiv adaları 1982-ci ilin iyul ayından etibarən İngilis dövlətlər birliyinə daxil edilmiş və yalnız 2016-cı ilin oktyabr ayında insan hüquqları və korrupsiya ilə bağlı tənqidi etirazı əsasında bu birlikdən geri çəkilmişdir.
© Copyright 2019 by R-travel & tour