Japan

Azərbaycan sözü olan Yaponiya sözünün, yapon sözü olan 日本 (yapon dilində Nippon qulaq as və ya Nihon qulaq as kimi tələffüz olunur) sözünün qədim mandarin dili və U dilindəki tələffüzündən törəndiyi güman olunur. Yaponlar özlərini Nihoncin (日本人?), dillərini isə Nihonqo (日本語?) adlandırırlar.

Meyci islahatından İkinci dünya müharibəsinin sonuna qədər ölkənin tam adı Dai Nippon Teikoku (大日本帝國?) (“Böyük Yaponiya İmperiyası”) idi. Müasir dövrdə Nippon-koku və ya Nihon-koku (日本国?) adından istifadə olunur: yapon dilində Yaponiya kimi izahedici işarəsi olmayan ölkə adlarına “ölkə”, “dövlət”, “xalq” mənasını verən koku (?) sözü artırılır.

Niçi (?) “günəş” və ya “gün” deməkdir; hon (?) isə “təməl” və ya “mənşə” mənasını verir. Sözün ümumi mənası “günəşin mənşəyi” və ya “günəşin doğması” deməkdir (çinlilərin yanaşmasına görə günəş Yaponiyada doğur); buna görə də Qərbdə Yaponiya üçün “Gündoğan ölkə” adından da istifadə olunur. Nihon sözünün rəsmi istifadəsindən əvvəl Yaponiya Va (?) və ya Vakoku (倭国?) kimi tanınmışdır.[19]

“Yaponiya” sözü qədim ticarət yolları vasitəsilə Qərbə gəlmişdir. Yaponiya sözünün qədim mandarin və ya U dilindəki tələffüzünü Marko Polo (吳語) Cipangu kimi qeyd etmişdir. U dilinin dialekti olan müasir Şanxay dialektində 日本 (Yaponiya) işarələrinin tələffüzü [zəʔpən] şəklindədir. Qədim malay dilində Yaponiya üçün istifadə olunmuş Cepanq sözü çin dilinin cənub sahilinin dialektlərindən (güman ki, Fukkin və ya Ninqpo dialektləri[20]) alınmışdır. XVI əsrdə Malakkaya gələn Portuqaliya tacirləri bu malay sözü ilə tanış olmuşdular. Bu sözü ilk dəfə Avropaya gətirənlər portuqallar idi.[21] İngilis dilində bu söz ilk dəfə Gaipan şəklində 1565-ci ildə qeydə alınmışdır.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour