Zambia

Ölkənin bütövlükdə 5.664 km sərhədi var ki, onunda 1.110 km-i Angola, 1.930 km-i Konqo Demokratik Respublikası, 837 km-i Malavi, 419 km-i Mozambik, 233 km-i Namibiya, 338 km-i Tanzaniya, 797 km-i Zimbabve dövləti ilədir. Ayrıca dünyada tək dördbucaqlı sərhəd bölgəsində ölkənin Botsvana ilə əlaqəsini təmin edən və metrelerle ifadə edilən sərhəd xətti mübahisəlidir. Sözgedən sərhədlə əlaqəsi olan Botsvana, Zambiya, Zimbabve və Namibiya ölkələrinin sərhəd müqavilələri ilə sərhədlərinə qarşılıqlı olaraq rəsmiyyət kazandırmadıkları üçün neytral bir sərhəd nöqtəsi olan bu bölgə qeyri-müəyyənliyini qoruyur. Zambiya — əsasən platoda yerləşmiş dənizə çıxışı olmayan tropik iqlimə sahib ölkədir. Sahəsinə (752 614 km²) görə dünyada 39-ci yerdədir. Ərazisinin böyük hissəsi 1.000-1.400 m aralığında olan təbii yaylalardan ibarətdir. Ölkənin ən yüksək nöqtəsini Malavi sərhədində olan Mafinga Hillsdə olan Mafinga nöqtəsi olub, bu nöqtə dəniz səviyyəsindən 2.300 m yüksəklikdə yerləşir. Ölkənin qərb və cənub sərhədləri boyu uzununa axan Zambezi çayının hövzəsi ölkə ərazisinin təxminən dörddə üç hissəsini tutur, qalan hissə isə Konqo çayının hövzəsinə aiddir. Zambezi çayının qollarının da olduğu ölkənin qərb hissəsində alçaq səviyyədə Kalahari çölünün qumsaqlıqları olub, bu qumsaqlıqlar cənuba doğru getdikcə azalmaqdadır. Ölkənin şimal-şərqində yəni, Tanzaniyada yerləşən axarsız hövzəyə malik Rukva gölü əlverişsiz ərazi sayılır. Ölkənin Zimbabve ilə sərhədində , Zambezi çayının üzərində bir çox şəlalələr var. Məşhur Viktoriya şəlaləsi burada yerləşir.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour