Fransanın böyük bir hissəsi Qərbi Avropada yerəlşir.Onun materik hissəsi şimal-şərqdə Belçika,Lüksemburq ve Almaniya,şərqdə-Isveçrə,cənub-şərqdə-Monako və Italiya,cənub-qərbdə-Ispanya və Andorra ilə sərhəddir.Fransanın sahili 4 su hövzəsi ilə yuyulur(La-Manş,Atlantik okeanı,Şimal dənizi və Araliq dənizi).Ölkənin qərb və şimal sahilləri Atlantik dənizi ilə(Biskay körfəzi və La-Manş boğazı),cənub sahili isə -Araliq dənizi(Lion körfəzi və Liquriy dənizi) ilə yuyulur.Dəniz sərhədlərinin uzunluğu 5500 kilometrdir.
Fransa Qərbi Avropa ərazisində yerləşən ən böyük ölkədir.Fransa demək olar ki, Avropa İttifaqınin ərazisinin beşdə birini tutur.Həmçinin Aralıq dənizində yerləşən Korsika adası ve iyirmiden çox asılı ərazilərdə bu dovlətin tərkibinə daxildir.Ölkənin ümumi sahəsi 547.030 kvadrat kilometr.
Coğrafi mövqе. Аvrоpаnın qərbində yеrləşir; Fransanın
ərаzisi 551,6 min kv. km,ehalisi 65.8 mln nəfərdir.
Tərkibinə Aralıq dənizindəki Korsika adası və bir sırа kiçik sahil adaları daxildir. Fransa ilə qonşuluqda Almaniya, ltaliya, Belçika,İsveçrə ,İspaniya kimi inkişaf etmiş ölkələr və оnlаrın ən mühüm sanaye
rаyоnlаrı yеrləşir. Ölkənin qərb sərhəddinin xeyli hissəsi təbii sədlər boyunca keçir.Pireney dağları Fransanı İspaniyadan ayırır,cənub-şərqdə İtalya və İsveçrə ilə sərhəddi Alp və Yura dağları boyuncadır.Fransa-Almaniya sərhəddinin xeyli hissəsi Reyn çayı boyuncadır.Yalnız şimalda Fransa-Belçika sərhəddi ovalıqdan keçir.Ölkənin ümumi sərhədlərinin 2/3-si dəniz sərhədlərinin(3120 km) payına düşür.Fransanın sərhədlərində mikrodövlətlər yerləşir.Bunlar Mavi sahil bölgəsində Monako,Pireney dağları ilə sərhəddə isə Andorradır.
Ölkənin coğrafi mövqeyinin xüsusiyyətlərinə Atlantik okeanı ilə Aralıq dənizi arasında yerləşməsi;iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə qonşu olması;Afrikanın qərb ölkələrinə yaxınlığı ;Belçika və İsveçrənin fransız dilli əhalisinin yaşadığı bölgələrdə həmsərhəd olması ;sualtı La-Manş tuneli vasitəsilə Böyük Britaniya ilə rahat qonşuluq əlaqələrinin olması və s. aiddir.
Ölkə ərazisində 3 təbii-coğrafi bölgə ayrılır. Ölkənin сənub – şərq və сənub – qərb sərhəddi boyunса
уüksək Alp və Рirеnеу, orta hündürlüklü Yura dağları uzanır.
Ölkənin mərkəz və şərq bölgəsində çox parçalanmış orta hündürlüklü dağlar və yüksəkliklər yerləşir.
Fransa Alplarının hündürlüyü 4000m-dən yüksəkdir.İtaliya ilə sərhəddində Monblan dağı(4807m) nəinki Fransada,həm də Avropada ən yüksək zirvədir.Alp dağlarının ezackar təbiəti(kars mağaraları,dağ gölləri,şəlalələr),infrastruktur tikililəri(tunellər,dağ-xizək obyektləri və s.) turizm-rekreasiya cəhətdən xüsusilə əhəmiyyətlidir.
Fransa mineral sərvətlərin müxtəlifliyinə görə seçilən dövlətdir.Qərbi Avropada dəmir filizi,boksit,kalium və daşduz,uran filizi ehtiyatına görə qabaqcıl yerlərdən birini tutur.
Fransa ərazisinin əksər hissəsində mülayim-isti və rütubətli dəniz iqlimi hakimdir.Okean sahilindən şərqə doğru getdikcə iqlimin kontinentallığı artır.Buna baxmayaraq,dağlar istisna olmaqla ölkənin əksər hissəsində qış temperaturu müsbətdir.Dağlıq ərazilərin iqlimi isə sərtdir.
Fransada çay çoxdur.Ən mühüm şayları Luara,Rona,Sena və Haronnadır.Ölkənin şinal-şərq sərhəddində Reyn,Mazel,Şeld çaylarından qonşu dövlətlər müştərək istifadə edirlər.Fransa çaylarının hidroenerji ehtiyatı çoxdur.Enerji ehtiyatının yarısı Rona və onun qollarının payına düşür.Hidroenerji ehtiyatına görə Qərbi Avropada Norveç və Balkan ölkələrindən geri qalır.Ölkədə göl azdır.Göllərdən ən mühümü Cenevrədir.Bu gölün xeyli hissəsi İsveçrə ərazisindədir.
Ölkənin torpaq bitki örtüyü müxtəlifliyi ilə seçilir.Ovalıqlarda boz-meşə,şimal-qərbdə podzollaşmış boz torpaqlar yayılmışdır.Dağlıq ərazilərdə dağ-meşə boz torpaqları üstünlük təşkil edir.Torpaqlar təbii məhzuldarlığını itirmişdir.Cənubi Fransada meşələrin qırılması,heyvanların otarılması torpaq eroziyasına səbəb olmuşdur.Fransada ətraf mühit insan fəaliyyəti nəticəsində tamamilə dəyişilmişdir və ölkənin hər yerində mədəni landşaft üstünlük təşkil edir.Təbii meşə massivləri yalnız Vogez,Yura,Şimali Alplarda qalmışdır.Ölkədə meşəsalma işləri genişləndirilir.Aralıq dənizi sahili bölgələrində zeytun,subtropik meyvə ağacları,üzümlüklər,bəzək ağacları geniş yayılmışdır
Fransanın ərazisində qədim dövrlərdə müxtəlif tayfalar(kelt,qall,iber,hun,liqu,german,franklar) məskunlaşmış və onlar bir sıra şəhərlər salmışlar(Marsel,Nitsa və s.).843-cü ildə yaranmış Frank krallığında uzun müddət feodal çəkişmələri mövcud idi.XV əsrin ikinci yarısından mərkəzləşmiş dövlətin yaranması başa çatır.Fransada mütləqiyyət üsul-idarəsi möhkəmlənir.Kral idarəolunma hakimiyyətinin sisteminə XVIII əsrin axırında baş verən Böyük Fransa inqilabı son qoyur.1792-ci ildə Fransada ilk dəfə respublika təsis edilir(1-ci respublika)1799-cu ildə hərbi çevrilişdən sonra ölkədə Napoleon Bonapartın hərbi diktatura rejimi (əvvəlcə konsulluq,1804-cü ildən isə imperiya formasında)yaranır.Napoleonun məğlubiyyətindən sonra ölkədə 1814-cü ildən 1848-ci ilədək konsitusiyalı monarxiya üsul-idarəsi bərqərar olur.1848-ci il fevral inqilabı respublika quruluşunu yenidən bərpa edir(2-ci respublika),lakin 1852-ci ildə respublika üsul-idarəsini III Napoleonun imperiyası əvəz edir.1870-ci il sentyabr inqilabı 3-cü respublikanın yaranmasına səbəb olur(1870-1940).1871-ci ilin mart ayında Parisdə baş verən inqilab nəticəsində Paris kommunası adlanan hakimiyyət sistemi yaradılır.Cəmi 72 gün fəaliyyət göstərən Paris kommunası hökümət tərəfindən amansız təqiblərə məruz qalır.
XIX əsrin sonunda Fransa müstəmlək sisteminin yaradılması başa çatır.O,Böyük Britaniyadan sonra dünyanın ən iri müstəmləkəçi dövlətinə çevrilir.Fransa Antantanın tərkibində I dünya müharibəsində iştirak edir.1919-cu il Versal sülh müqaviləsi fransızların xeyrinə həll edilir(Almaniyanın zəbt etdiyi Elzas və Lotaringiyanın şimal-şərq hissəsi Fransaya qaytarılır və s.)
1940-cı ildə Fransa Almaniya və İtaliya ordusu tərəfindən zəbt edilir.1944-cü ilin axırlarında antihitler koalisiya ordusu və Fransa Müqavimət hərəkatının fəaliyyəti nəticəsində ölkə işğaldan azad edilir.1946-cı ildə 4-cü respublikanın,1958-ci ildə isə 5-ci respublikanın konsitutsiyası qəbul edilir.Beləliklə,Böyük Fransa inqilabından sonra ölkədə 5 respublika üsul-idarəsi (1792-1799;1848-1852;1870-1940;1946-1958;1958-ci ildən sonra) mövcud olmuşdur.5-ci respublika dövründə Fransa Avropa və dünya siyasətində lider müvqeyi ilə yanaşı iqtisadiyyatda da güclü dövlətə çevrilmişdir.
© Copyright 2019 by R-travel & tour