Czech Republic

Dənizdən uzaq Mərkəzi Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə, illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000–1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur, yüksək dağlıq ərazilərdə dağların yağış buludlarını tutması və sıxlaşdırıcılıq vəzifəsi görməsi, illik yağıntı miqdarının orta hesabla 1500 mm ətrafında olmasını təmin edir. Yağıntılar qışda ümumiyyətlə qar şəklində olur.

Çexiyanın 30%-i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar – çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour