Daha çox Həbəşistan (Kölələr ölkəsi) adı ilə tanınan Efiopiya, tarix ərzində bilinən ən qədim mədəniyyətlərdəndir. Quruluşu e.ə. 13-cü əsrə qədər uzanan Efiopiya dövləti, 1936-1941-ci illər arasında Mussolini İtaliyasının işğal hərəkatını saymasaq, tarix boyunca müstəqilliyini qoruya bilmiş və Afrika qitəsinin bazı Avropa dövlətləri tərəfindən müstəmləkə halına gətirilə bilməmişə yeganə ölkəsidir. 1960-1990-cı illəri arasında ölkədəki Eritrea problemindən ötrü münaqişəli və gərginliklərlə dolu bir dövr keçmişdir.
Alimlər tərəfindən Afar bölgəsində aparılan arxeoloji araşdırmalarda 3 milyon illik insan skeleti qalıntılarına rastlanılması, tarixi dövrlərin başlamasından çox əvvəllər belə bölgənin, insan topluluqları üçün bir yaşayış ərazisi olaraq istifadə edildiyini sübut edir. Efiopiyadan bəhs edən ilk tarixi sənədlər təxminən e.ə. 5000-ci ilə aiddir. İlk dövrlərdə şimaldakı Misir Krallığının lideri fironların qızıl, fil dişi və kölə axtarmaq üçün Qırmızı dəniz sahillərini izləyərək bu bölgəyə gəldikləri düşünülür. Efiopiya torpaqlarında müasir mənada ilk qurulan dövlət e.ə. 8-ci əsrdə yaranan D`mt krallığıdır. D`mt Krallığının e.ə. 1-ci əsrdə süqutu ilə birlikdə ölkədə, yenə eyni əsrdə Aqsum Krallığı yarandı. Aqsum Krallığı zamanla güclənərək sərhədlərini Həbəşistan xaricində bugünkü Eritrea, Cibuti, Sudan, Somali və Ərəb yarımadasında yerləşən Yəməni daxil edəcək dərəcədə genişlətdi.
© Copyright 2019 by R-travel & tour