Egypt

Misir (ərəb مصر  Misr/Masr‎‎), rəsmi adı Misir Ərəb Respublikası (ərəb Cumhûriyet Masr’al Ərabiye‎‎) — Afrikanın şimal-şərqində və Sinay yarımadasında yerləşən ölkə. Paytaxtı Qahirə şəhəridir. Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerləşir. Misir Aralıq dənizi sahilində yerləşir. Ölkənin şimal sahili Aralıq dənizi ilə, şimal-şərqdən Qəzza zolağı və İsrail, şərqdən Qırmızı dəniz, cənubdan Sudan, qərbdən isə Liviya dövləti ilə əhatə olunub.

Misir dünyanın ən qədim dövlətlərindən biri hesab olunur. Bu dövlətin tarixi e.ə. 10-cu minilliyə qədər gedib çıxır. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Misirin islamlaşması isə 7-ci əsrdə ərəblərin bura yürüş etməsi ilə bağlıdır.

92 milyon nəfər əhalisi ilə Şimali Afrika və Ərəb dünyasında 1-ci, Afrika materikində 3-cü (Nigeriya və Efiopiyadan sonra), dünya ölkələri arasında isə 15-ci yerdədir. Əhalinin əksər hissəsi 40,000 kv.km sahəni əhatə edən, yeganə əkin-biçin işləri üçün əlverişli olan Nil çayı boyunca yerləşir. Misir ərazisinin böyük hissəsini Sahara səhrası tutur ki, burda da demək olar ki, əhali yaşamır. Əhalinin təqribən yarısı şəhərlərdə yaşayır. Əhalinin çox hissəsi Qahirə, İsgəndəriyyə və Nil deltasında yerləşir.

Misir hazırda Şimali Afrika, Yaxın Şərq və Müsəlman dünyasında əsas güclərdən hesab olunur. Misir BMT, Qoşulmama hərəkatı, Ərəb Dövlətləri Liqası və İƏT kimi böyük təşkilatların üzvüdür.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour