1994-cü ilə qədər Cənubi Afrika Respublikası öz iqrinin üstünlüyündən əmin olan və azlıq təşkil edən ağ irqin nümayəndələri tərəfindən idarə olunub. XX əsrdə uzun müddət ölkədə aparteidə qarşı (vətəndaşların irqi mənsubiyyətinə görə rəsmi olaraq ayrı-ayrı yaşamasını tətbiq edən) və demokratik prinsiplərin bütün etnik qruplara tətbiq edilməsi uğrunda mübarizə gedib. Azlıq təşkil edən ağ irq hökumətinin ictimai yenidənqurma sahəsində böyük fikirləri var idi, bura böyük irqi seqreqasiya və minlərlə insanın zor gücünə köçürülməsi daxil idi. Ölkənin daxilində rejim əleyhdarları partladılır, yaxud zəhərləndirilirdi. CAR hakimiyyəti qonşu ölkələrdə məqsədyönlü şəkildə vəziyyəti qarışdırırdılar.
Aparteidin sonu sülh yolu ilə bitdi – CAR hökuməti hakimiyyəti güzəştə getməyə razılıq verdi. Yeni rəhbərlik isə milli barışıq siyasəti elan etdi. Amma münaqişə illəri ölkəyə hələ uzun müddət baha oturacaq – ölkədə tez-tez qanunsuzluqlar törədilir, sosial əlaqələr pozulub, əhalinin böyük hissəsinin ibtidai təhsili də yoxdur. CAR-ın qarşısında həll edilməli bir sıra problemlər var. Bütün bunlara baxmayaraq, rejimin dəyişməsindən sonra burda üç dəfə ümummilli və bir neçə dəfə yerli seçkiləri keçirilib. Respublikada yavaş-yavaş demokratiya mədəniyyəti möhkəmlənir və xalq, az da olsa, onun gələcəyini müəyyənləşdirən qərarların seçiminə təsir edə bilir.
© Copyright 2019 by R-travel & tour