Iran

Şimalda Ermənistan, Azərbaycan və Türkmənistanla, şərqdə Əfqanıstan və Pakistanla, qərbdə İraq və Türkiyə ilə sərhəddir.

Şimaldan Xəzər dənizi ilə, cənubdan Fars körfəzi və Oman körfəzi ilə əhatə olunmuşdur. 1628770.8 km² sahəyə malik İran Yaxın Şərqdə ikinci, dünyada isə 18-ci ən böyük dövlətdir. İran əhalisi 82.8 milyon nəfərdən çoxdur; bu göstəriciyə görə, İran dünyada 17-ci yerdədir.

Ərazi 31 ostana bölünmüşdür. Ostanlara rəhbərliyi daxili işlər naziri tərəfindən təyin edilən ostandarlar edirlər. Ostanlar öz növbələrində şəhristanlara bölünürlər. Şəhristanların tərkibinə şəhərlər və digər ərazilər daxildirlər. Şəhristana rəhbərlik edən məmurlar bəzi yerlərdə təyin olunur, bəzən isə seçilirlər.

1975-ci ildən İranın paytaxtı Tehran şəhəridir. Buna kimi ölkənin paytaxtı ayrı-ayrı vaxtlarda Həmədan,Təbriz, Qəzvin, İsfahan olublar.

Ali hakimiyyət Dini liderə və ya İcraedici Şuraya məxsusdur. Qanunverici hakimiyyət Məclisə məxsusdur. Müasir İran respublika (prezident və parlamentin seçilməsi) və teokratik idarə formasının qarışığıdır. 1979-cu il və ondan sonra qəbul olunmuş Konstitusiyaya əsasən həyatın bütün təbəqələrinin əsasında İslam prinsipləri durmalıdır, buna görə də ölkəni yalnız dinə aid olan insanlar- üləmalar idarə edə bilərlər. Ali dini hakim (ömürlük seçilir) ölkədə qeyri-məhdud hakimiyyətə malikdir. Dini rəhbər daxili və xarici məsələlər üzrə ən ali hakim hesab olunur. Ali dini rəhbər həmçinin orduya rəhbər təyin etmə, müharibə və ya sülh elan etmə kimi səlahiyyətlərə malikdir.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour