Malaysia

Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

Malayziya – Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.

Müstəqillik əldə etdikdən sonra, Malayziya Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6.5%-dir. Bugün, Malayziya bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. ÜDM göstəricisinə görə Malayziya dünya ölkələri arasında 29-cu yerdədir.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour