Georgia

Gürcüstanın iqlimi coğrafi bölgələr üzrə dəyişkəndir. Qafqaz dağlarının soyuq şimal küləklərini və ölkənin Qara Dənizdən gələn nəmli və isti bir hava axınının təsirində qalması iqlimin yumşaq və yağışlı olmasına imkan yaradır.

Qara Dənizə yaxın Kolxida ovalığında isə astropikal iqlim özəllikləri görülür. Əsasən payız və qış aylarında yağan yağışlar qərbdən şərqə doğru getdikcə azalır. Kolxida ovalığında ildə orta hesabla 1600-2000 mm. olan yağış miqdarı Kartli və Kaxetiya yaylalarında 508 miliimetrə qədər azalır.

Yay və qış arasındakı istilik fərqi qərbdə çox dəyişkən quru iqliminin hökm sürdüyü şərqə daha çoxdur.

Təbii su ehtiyatları baxımından zəngin bir ölkə olan Gürcüstanda Böyük Qafqaz dağlarının buzlaqlarından qidalanan Bzibi, Kodori, İnguri, Çheniçkali və Rioni çayları Qara dəniz hövzəsinə daxildirlər.Mənbəyi Türkiyədən başlayan Çoruk Batum yaxınlarında Qara dənizə Kür isə Xəzər dənizinə tökülür. Kürün qolları olan Liaxvi, Çama, Tana, Tedzami, Aragvi, Lori və Alazandan əkin sahələrinin sulanmasında əhəmiyyətli yer tutur.

Cavaxetiya vulkanik yaylasında olan irili xırdalı bir neçə göl yağış və yeraltı su mənbələrindən qidalanır; bu göllərdə bol miqdarda farel ve sazan balıqları var.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour