Turkmenistan

Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir.

Relyefinə görə ovalıq və dağlıq hissələrdən ibarətdir. Kopetdağ silsiləsi seysmik cəhətdən fəaldır. Ölkə ərazisinin 80%-dən çoxu Turan ovalığında okean səviyyəsindən 100-200 metr hündürlükdədir. Xəzər dənizidə bir sıra adalara malikdir. Oğurçalı adası ilə Celeken yarımadası arasında Celeken Oğurçalı boğazı yerləşir. Zəngin təbii qaz və neft ehtiyatına görə ölkə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Ölkə ərazisində 144 neft və qaz yatağı aşkar edilmişdir. Onlardan yalnız 40 yataq istismar olunur (Xəzərətrafı, Buxara-Xivə, Mraı, Lebap və s.). Yeraltı sərvətlərdən kükürd, kalium və daşduz, bentonit gili, mirabilit, alunit vardır.

Ölkənin iqlimi quru subtropik iqlimdir. Burada ilin 290 günü buludsuz keçir. Respublika ərazisində illik və sutkalıq temperatur amplitudu çox böyükdür. Yağıntıların orta illik miqdarı 50–200 mm arasındadır. Mümkün buxarlanma 1500 mm-dən artıqdır. Əkinçilik əsasən suvarma, dağlarda isə qismən dəmyə şəraitində mümkündür. Ölkənin şərq rayonları Amudərya, Murqab və Təcən çaylarının suları ilə təchiz olunur.

Türkmənistanda ən böyük göl Sarıqamışdır. Bu göldən yüksək keyfiyyətli xörək duzu yığılır. Suvarma tarixən Türkmənistan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Amudəryadan çəkilən Qaraqum kanalı minlərlə hektar torpağın canlanmasında mühüm rol oynayır. Türkmənistan ərazisi yeraltı sularla zəngindir. Yeraltı suların səthə yaxın ərazilərində vahələr mövcuddur. Münbit torpağı, tuğay meşələri, zəngin bitki örtüyü vahələrə özünəməxsus gözəllik verir. Ölkə ərazisinin 375 min km² –i səhra və yarımsəhralardır. Boz qumsallıqda hamar səthli takırlar çox yeknəsək təsir bağışlayır. Türkmənistan ərazisində bitən saksaul kolu əhalinin istifadə etdiyi ən mühüm bitkidir.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour