Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.
Geniş torpaqlarında zəngin təbii sərvətlərə sahibdir. Çinin ərazisi təxminən 9.6 milyon km2 və ya dünya ərazisinin 6.5%-nə bərabərdir. Çin torpaqlarının şimaldan cənuba uzunluğu təqribən 5500 kilometrdir və Mohe qəsəbəsinin şimalındakı Heilong çayının mərkəzindən Nanşa adalarının ən cənubundakı Zengmu resifinə qədər uzanır. Şimaldakı Heilongjiang bölgəsi qarlarla örtülüykən Cənubi Çin dənizindəki adalar tropik yay istisi ilə qovrulur.
Çinin ətrafı şərqdə və cənubda Bohai, Huanqhai (Sarı Dəniz), Şərqi Çin və Cənubi Çin dənizləri ilə əhatə olunur. Bohai dənizi Çinin qitə dənizidir. Qalan dənizlər isə Sakit okean hövzəsində Çinin dəniz sərhədlərinin uzunluğu 32.000 km-dir. Buna adaların sərhəd uzunluqları da daxildir.