Seychelles

Adalar 1505-ci ildə Portuqaliyalılar tərəfindən kəşf olunub. 1768-ci ildə Fransızlar tərəfindən işğal edildi. 1794-cü ildə Böyük Britaniya Krallığının hakimiyyəti altına keçdi. 1810-cu ildə İngilis koloniya idi. 1814-cü ildə Paris Sülh Müqaviləsi ilə tam şəkildə Birləşmiş Krallığa verildi. 1903-cü ildə Birləşmiş Krallığa aid bir koloniya oldu. 1976-ci ildə müstəqilliyini əldə etdi. Bir il sonra hərbi çevriliş edildi və France Albert Rene hakimiyyəti ələ keçirdi. 1979-cu ildə elan edilən yeni konstitusiya ilə tək partiyalı bir dövlət oldu. France Albert Rene 1989-cu il seçkilərini də qazanaraq üçüncü dəfə prezident oldu. 1977-ci ildəki çevrilişdən sonra ilk çox partiyalı seçki 23-26 iyul 1992-ci ildə keçirildi. Seçkinin məqsədi konstitusiya layihəsini hazırlamaqla vəzifəli 23 nəfərlik bir komissiyanın üzvlərini müəyyən etmək idi. Konstitusiya təklifi 15 noyabr 1992-ci ildə xalq səsverməsinə təqdim edildi, amma 60 %-lik həddi keçə bilmədiyi üçün qəbul edilmədi.

Əhalinin etnik tərkibini Kreollər təşkil edir. Kreol fransız əsilli olub Luizianada və İspan əslli olub Karib Adalarında doğulmuş və buralarda yaşamış kəslər deməkdir. Bunlar əsas etibarilə Fransız, İspan, Asiyalı və Afrikalı insanların bir-birləriylə qaynayıb-qarışması nəticəsi meydana gələn mələz insanlardır. Xalqın çoxu Katolikdir. Bundan başqa bir qədər Müsəlman, Protestant və Hindust da var. İngilis və Fransız rəsmi dillərdir. Bundan başqa Fransızcanın başqa forması olan Seyşel Kreol dili var. Burada əhalinin 60 %-i oxuyub-yaza bilir.


 

Map

Contact

Az1007 Baku, Feyzulla Gasimzade str 9.
(+994 12) 441 03 90
(+994 12) 441 17 53
(+994 70 / 55) 495 16 16
(+994 55) 363 81 82
[email protected]

© Copyright 2019 by R-travel & tour