Amerika qitəsi kəşf edildikdən sonra Avropa dövlətləri sürətlə bu qitədə müstəmləkələr yaratmağa başladılar. 1536-cı ildə Argentinaya gələn ispanlar bugün Buenos Aires olaraq bilinən yerdə ilk müstəmləkələrini yaratdılar. Lakin onların bu şəhərdə məskunlaşması yalnız XVIII əsrdə oldu. Argentina 1776-cı ilə qədər İspaniyanın Peruda yerləşən ümumi qubernatorluğu tərəfindən idarə edilirdi. Bir ildən sonra La Plata ümumi qubernatorluğu təşkil olundu və Buenos Aires ümumi qubernatorluğun paytaxtı oldu. 1806-cı ildə Buenos Airesin ingilislər tərəfindən qısa bir müddət işğal edilməsi, Argentinanin istiqlal mübarizəsi üçün bir başlanğıc olmuşdur. 1808-ci ildə Napoleonun İspaniyaya girməsi müstəqillik mübarizəsini sürətləndirdi. Ölkə 1812-ci ildə istiqlaliliyyətini qazansa da, 1816-cı ilə qədər müstəqil bir dövlət olduğu rəsmən elan edilmədi. İkinci Dünya müharibəsi ərəfəsində Argentina hökumətlərinin gizli və satın alınmış nasist tərəfdarları Amerika Birləşmiş Ştatları və cənub yarımkürəsinin digər ölkələri ilə münasibətlərinin gərginləşməsinə və Argentinanın Pan-Amerikan təşkilatından çıxarılmasına səbəb oldu. II dünya müharibəsi zamanı bitərəf olan Argentina, 1945-ci ilin yazında müttəfiqlər tərəfındən müharibəyə girdi. ABŞ-ın köməyi ilə Argentina həmin ilin sonuna doğru Birləşmiş Millətlər daxil oldu və təşkilatın məsələlərində önəmli bir rol oynadı.
Müharibədən sonra general olan Juan Domingo Peron özünə qüvvətli bir mövqe hazırlamağı bacarmış və 1946-cı ilin fevralında Argentinada prezident seçilmişdir. Yoldaşı Eva Peronun yardımıyla dinamik və sərt bir idarə qurmağı başararaq, zamanında, siyasi dəstəyini silahlı qüvvətlərdən almağa çalışan siniflərə sözünü keçirməsini bilmişdir. Mətbuatı bir dövlət orqanı halına gətirmiş və totalitar bir rejimin başçısı olaraq özünə daha böyük səlahiyyət verməsi üçün konstitusiyanı dəyişdirmişdir.
Peron, işçi siniflərı arasında çox sevilmiş və hətta qəhrəman olaraq tanınmışdır. Lakin o, 1955-ci ildə hərbi çevriliş nəticəsində devrilmiş, uzun illər sürgündə yaşamış və sonra dönərək 1973-cü ildə dövlət başçısı olmuşdur. Bir ill sonra ölməsi üzerinə İsabel Peron olaraq tanınan üçüncü həyat yoldaşı dövlət başçısı oldu. Ölkənin birlik və bərabərliyini saxlayamayınca 1976-cı ildə ordu tərəfindən devrildi.[ Argentinanın köhnə dövlət başçılarından General Galtier İngiltərəyə aid, fəqət özlərinə çox yaxın olan Folkland adalarını 1982-ci ildə işğal etdi. İngiltərə ilə olan savaşda Argentina məğlub oldu və adalar təkrar İngiltərənin tabeliyində qaldı
© Copyright 2019 by R-travel & tour