Kanada coğrafiyası geniş və çoxşaxəlidir. Torpaq sahəsi Şimali Amerika qitəsinin təxminən 40%-ini təşkil edir. Kanada sahəsinə görə Rusiyadan sonra dünyada ikinci ölkədir.
Kanada Qərbdə Sakit okeanından şərqdə-Atlantik okeanı arasında, cənubda-ABŞ və şimal-qərbdə (Alyaska),şimalda Şimal Buzlu okeanı arasında böyük ərazi tutur – (buna görə də ölkənin devizi “dənizdən dənizə”). Kanadanın Nyufaundlend sahilindən cənubda isə Fransanın xarici torpaqları sayılan Sen-Pyer və Mikelon adaları yerləşir. 1925-ci ildən Kanada Şimal qütbün müəyyən hissələrinə iddia edir.Lakin bu ümumi qanunlara zidd hesab olunur.
9,98467 milyon km² (torpaq: 9.093.507 km² .su: 891 163 km²) ərazini tutan Kanada, Rusiyanın ərazisinin təxminən 3/5 -ü qədəri boydadır.Avstraliyadan 1.3 dəfə böyük, Avropadan isə bir qədər kiçikdir və Böyük Britaniyadan 40.9 dəfə böyükdür. Kanadanın və ümumilikdə dünyanın ən şimalda yerləşən yaşayış məntəqəsi Kanada hərbi qüvvələrinə məxus olan və Elsmir adasının ən şimal nöqtəsində yerləşən Alert qəsəbəsidir.
Şimal maqnit qütbü Kanada sərhədləri çərçivəsində yerləşir.Lakin son müşahidələr onu göstərir ki,maqnit qütbü Sibirə doğru öz istiqamətini dəyişir.2005-ci ildə Ottavada Kanada təbii sərvətlər nazirliyi nəzdində yerləşən geomaqnit labaratoriyasının idarə başçısı Larri Nyuit öz çixışında söyləyib ki, “400 ildən artıq Kanadaya məxsus olan dünyanın şimal maqnit qütbü ölkəni tərk edib”.
© Copyright 2019 by R-travel & tour