Təbii xüsusiyyətlərinə görə ölkə dörd təbii bölgəyə ayrılır: Fars körfəzi sahili, Materik yaylası, Oman körfəzi sahili və Dağlıq ərazi. Ölkə ərazisinin çox böyük hissəsini səhralar təşkil edir. BƏƏ-də qiymətli faydalı qazıntılar – neft, təbii qaz, dəmir filizi, daş duz, nikel və s. aşkar edilmişdir. Mütəxəssislərin fikrincə ölkədə neftin aşkar edilmiş ehtiyatı 10,0 mlrd. tona yaxındır. Əmirliklərin ərazisində iqlim xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və Şərq bölgələrə ayrılır.
Qərb bölgəsində şərti olaraq qış adlandırılan mövsüm sutkalıq temperaturu 20-23 dərəcəyə çatan mülayim, yayda isə temperatur 40-43 dərəcəyə çatan isti iqlim hakimdir. Şərq bölgəsi tropik qurçaqda yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olurona görə bu bölgə quraqlığı və tozlu hava axınının üstünlüyü ilə seçilir. Ölkənin qərbinə il ərzində 100 (daxili rayonlara 50), şərqinə 200–300 mm həcmində yağış yağır. Əmirliklərin ərazisində yerüstü su mənbələri yoxdur. Keçmişdə yeraltı sular yeganə həyat mənbəyi olub. Son illərdə suvarma olan tələbatı ödəmək üçün dəniz suyunu təmizləyən qurğular tikilmişdir. BƏƏ-də meşə massivləri yoxdur, əksər yollarda xüsusilə magistral yolların qıraqlarında əkilmişdir. Əmirliklərin ərazisində arxeoloji qazıntı işlərinə ötən əsrin 50-ci illərindən başlanmışdır. Mütəxəssislərin fikrincə, eramızdan 6 min il əvvəl bu yerlərdə insan yaşamışdır. Hindistan və Afrika, İran və Mesopotamiya arasında mühüm ticarət mətnəqəsi funksiyasını yerinə yetirən bu ərazilər orta əsrlərdə Portuqaliya, İran, Oman, İngiltərə dövlətləri tərəfindən idarə olunub. 1971-ci ildə əmirliklər Böyük Britaniyadan siyasi müstəqillik əldə edir. BƏƏ dövlət quruluşuna görə federativ monarxiyadır. Dövlət başçısı ayrı-ayrı Əmirliklərin rəhbərləri tərəfindən 5 il müddətinə seçilən prezidentdir. 1971-ci ildən Abu-Dabi əmirliyinin rəhbəri Şeyx Zahid ben Sultan-əl Nəhəyan dövlətin prezidentidir. Ali qanunverici orqan prezident yanında 40 nəfərədn ibarət Məsləhətverici Milli Şuradır. Ali icraedici orqan Dubay əmrinin rəhbərlik etdiyi Nazirlər kabinetidir. ÖLkədə siyasi partiyaların və həmkarlar təşkilatının fəaliyyəti qadağan olunub. BƏƏ-də yaşayanların əksəriyyəti ərəblərdən (həm yerli, həm də gəlmələr) ibarətdir. “Neft hay-küyü” ilə əlaqədar əhalinin sayı xaricilər heabına xeyli artmışdır. Orta ömür müddəti kişilər üçün 70, qadınlar üçün 74 ildir. Əmirliklərdə urbanizasiya prosesi sürətlə gedir. Ölkə əhalisinin 80 faizi şəhərlərdə yaşayır. Abu-Dabi, Dubay, Şərca ən böyük şəhərləridir.
© Copyright 2019 by R-travel & tour