Qətər yarımadası Fars körfəzinə doğru Səudiyyə Ərəbistanından çıxmış 160 km-lik bir uzantıya bənzəyir. Ümumiyyətlə alçaq düzlüklərdən ibarət olan ölkə qumla örtülüdür. Ölkənin cənubu isə çöllərlə örtülüdür.
İqlimi tropikdən subtropikə keçid xarakterlidir. İl boyu yüksək tempratur və rütubətlilik xarakterikdir. Orta tempratur 44 °C dərəcə olsa da Ərəbistan və İran yaylalarının səhra və yarımsəhralarından gələn hava axını tempraturun 50 °C dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda tempratur aşağı düşür, hava ilıq və yağışlı, yay quraq keçir. Burada ilin on ayı şimal-qərb küləkləri əsir.Bu küləklər qışda yağıntı, yayda isə toz və qum gətirir. Yağntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. Digər aylarda demək olar ki, yaıntı düşmür.